Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) keçirdiyi ekspert qiymətləndirməsinin nəticələrinə əsasən Azərbaycan Tibb Universiteti qaliblərdən biri olub, İİAR-ın Avrasiya tibb universitetləri arasında ilk üçlükdə yer alıb. ATU rəsmi olaraq Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi yüksək akademik nailiyyətləri və IAAR reytinq araşdırmalarının aparılmasına qatılaraq, qətiyyətli dəstək nümayiş etdirdiyinə görə Azərbaycan Tibb Universiteti “İAAR Avrasiya Tibb Universiteti” mükafatına layiq görülüb.

Beynəlxalq reytinqin nəticələrini əks etdirən sertifikat və mükafat Almatıda keçirilən VI Mərkəzi Asiya Beynəlxalq Forumunda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə təqdim olunub.

Qeyd edək ki, “IAAR EUR” reytinq araşdırması zamanı universitetdə təhsilin keyfiyyəti, elmi potensialı, beynəlxalq aləmdə tanınması və  akademik nüfuzu dəyərləndirilir. Ali təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin hərtərəfli araşdırılmasına yönəlmiş “IAAR EUR" beynəlxalq reytinqi beynəlxalq metodoloji standartlar əsasında aparılır və universitetlərin qlobal təhsil və dünya tədqiqat məkanına inteqrasiyasını təşviq edir.