DİQQƏT!

ERASMUS+ MÜBADİLƏ PROQRAMI ELANI

Azərbaycan Tibb Universitetinin tələbələrinin, magistrant və doktorantlarının nəzərinə:
Erasmus+ Beynəlxalq Kredit Hərəkətliliyi Proqramı çərçivəsində Türkiyənin İstanbul şəhərinin Biruni Universiteti 2024-2025-ci tədris ilinin qış semestrində (15 sentyabr-15 fevral) həyata keçiriləcək tələbə mübadilə qəbulu elan edir. 
Tələbə mübadiləsi üçün şərtlər və tələb olunan sənədlər:
1. I kurs istisna olmaqla bakalavr (baza ali tibb təhsili), magistratura və doktorantura tələbəsi olmaq;
2. Rektorun adına ərizə (Dekanın razılıq imzası ilə);
3. İngilis dilində dekanın imzası ilə ÜOMG (Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi) - minimum 65 bal;
4. Minimum B2 səviyyəsində Beynəlxalq İngilis dili sertifikatı (B2 İngilis dili səviyyəsi TOEFL-də ümumi 72 bala və ya IELTS-də ümumi 6 bala bərabərdir) ;
5. İngilis dilində Europass formatda CV;
6. Biomoetrik fotoşəkil
7. Xarici pasportun surəti
Müraciət etmiş tələbələr arasından 1 əsas və 1 ehtiyat tələbə seçiləcəkdir.
Yuxarıda sadalanan şərtlərə uyğun namizədlər sənədləri mövzu yerində "Erasmus - Biruni University" yazaraq 22.05.2024-cü il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin [email protected]  elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Bütün sənədlərin hər biri pdf formatında 1 faylda göndərilməsi xahiş olunur

Qeyd: 22.05.2024-cü il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaqdır.