AZ RU EN WEBMAIL
Rezidenturaya təyin olunmuş yeni qəbul qaydaları

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 294; 2018, № 4, maddə 819, № 11, maddə 2432; 2019, № 3, maddə 517) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin

 

2 qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.”.

  1. 4.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin: “İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi

imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.”.

  1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.”.

  1. 5.3.2-ci yarımbənddə “ixtisas” sözü “baza” sözü ilə əvəz edilsin.
  2. 6.1-ci bənddə “10 gün müddətində” sözləri “Mərkəz tərəfindən müəyyən olunmuş müddətdə” sözləri ilə əvəz edilsin.

 

Rotasiya göndərişi

Rezidentin fərdi iş planı

 

 

ПОЛЕЗНЫЕ ССЫЛКИ
Министерство здравоохранения Азербайджанской Республики Министерство образования Азербайджанской Республики Государственная комиссия по приему студентов Виртуальный Карабах
Клиники КЛИНИКИ
Онкологическая клиника Азербайджанского медицинского университета Учебно-Терапевтическая клиника Азербайджанского медицинского университета Стоматологическая клиника Азербайджанского медицинского университета Учебно-Хирургическая клиника Азербайджанского медицинского университета
Обращение
к Ректору
Виртуальный
университет
Виртуальная
библиотека
Для иностранных студентов
Свяжитесь с нами Карта сайта Газета Tabib Тестовые банки