AZ RU EN WEBMAIL
Интервью с нашими врачами
31.03.2020
ATU Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu professor Əlizamin Sadıqov: “COVID-19: Xəstəliyin simptomları, müalicə prinsipləri və tibb işçilərimizi bu ölümcül infeksiyadan necə qorumalı?!”

COVID-19 infeksiyasına yoluxma ilk olaraq simptomatik COViD-19 xəstəsindən baş verir lakin infeksiyanın presimptomatik və ya asimptomatik şəxslərin dentransmissiyası istisna olunmur. Başqa koronaviruslar kimi (eləcə də qripdə olduğu kimi) infeksiya əsasən respirator damcılar formasında 2 metr məsafəyə kimi yoluxa bilir. İnfeksiyaya yoluxma ilə simptomların başlanması arasında tipik vaxt intervalı 5 və ya 6 gün olur, lakin bu vaxtın 12-dən 14-günə uzanması mümkündür. COVID-19 əksər xəstələrdə kəskin febril hərarət (>38 C) və respirator simptomların üstünlüyü ilə klinik təzahür edir. Lakin digər sələflərindən fərqli olaraq (SARS və MERS) COVID-19 zamanı myalgiya(əzələ ağrıları) ön planda olan simptomlardan biri ola bilər və hətta tənginəfəslik kimi simptomdan daha aparıcı olabilər. Ahıl xəstələrdə (> 65 yaş) və tibbi komorbidləri olan pasientlərdə xəstəlik daha ağır formada nümayiş olunur. Bu populyasiyalar kəskin respirator distress sindrom (ARDS) və multi-organ yetməzliyinə görə daha potensial namizəddirlər. Onların daha çox təxirəsalınmaz qayğıya ehtiyacları vardır və bunlarla əlaqəli onlarda ölüm riski daha yüksəkdir. ARDS daxil olmaqla ağır xəstəlik adətən simptomların başlamasından 1 və ya 2 həftə sonra baş verir. Bunun əksinə olaraq cavan pasientlər xəstəliyi daha yüngül keçirirlər və əksər hallarda heç bir hospitalizasiya olmadan tam müalicə oluna bilirlər. Digər əksər viral pnevmoniyalarda olduğu kimi COVID-19 pasientlərin də müalicəsi dəstək xarakteri daşıyır. Xəstələrdə ya viral pnevmoniya ya da ikincili bakterial pnevmoniya səbəbindən ARDS inkişaf edə bilər. Bu halda spesifik mikrobiologiya mütləq nəzərə alınmalıdır (Coronavirus) və respirator dəstək yalnız invaziv mexanik ventilyasiyadan ibarət olmalıdır. Yalnız bundan sonra ARDS sübut bazalı rəhbərliyinə əsaslanaraq ventilyator dəstəyin rejimi təyin edilməlidir. Ağır, refraktor hallar zamanı bunlar aşağı tidal volume, pronpozisiyası və ya ekstrakorporal membran oksigenasiyası (EKMO) aid edilə bilər. Antibakterial terapiyanın tətbiqi üçün kifayət qədər baza olmadığına görə onların seçiminə mümkün qədər az yer verilməlidir. Kortikosteroidlərin istifadəsindən alınan faydalar məlum deyildir. Wuhanda çalışan həkim kolleqalar demək olar ki, əksər hallarda korikosteroidlər tətbiq etmişdirlər, lakin buna baxmayaraq ölüm göstəricisi 3% olmuşdur. Yalnız bir tədqiqat, hansı ki, case-by-case bazada aparılmışdır, göstərmişdir ki, sutka ərzində 80 mg iki dəfə olmaqla methylprednisolone tətbiq olunarsa ölüm riskini azaltmaqda faydalı ola bilər. Eyni sözləri Delagil və ya Plaquenil haqda da demək olar. Kritik ağır xəstələrdə bu preparatların tətbiqi anti-inflamator və immunomodulator pozisiyadan qiymətləndirilə bilər və faydalı ola bilər. Lakin bildiyiniz kimi, hal-hazırda FDA COVID-19 infeksiyası zamanı heç bir dərman preparatının istifadəsinə dəstək verməmişdir. Remsedivir, yəni RNA polymeraz inhibitor kimi koronaviruslara qarşı in vitro anti-viral aktivlik nümayiş etdirir və preparat ekstremal situasiya nəzərə alınaraq tətbiq olunarsa yalnız emergency investigational new drug (eIND) etibarnaməsi ilə mümkün ola bilər. ARDS infeksiyanın gecikmiş ağırlaşması olduğu üçün hipotezlərdən biri ondan ibarətdir ki, COVID-19 pasientlərdə anti-viral preparat xəstəliyinə erkən mərhələsində tətbiq edilməlidir və bu effektiv ola bilərdi. Buna nümunə olaraq influenza (qrip) zamanı neyroaminidazainhibitorlarının xəstəliyin ilk 48 saat ərzində tətbiqindən alınan nəticələri göstərmək olardı. Lakin hal-hazırda COVID-19 zamanı bunu təsdi edən məlumatlar yoxdur.

 

➡️ Tibb işçilərimizi bu ölümcül infeksiyadan nece qorumalı?

 

Qeyd etmek lazımdır ki, tibb işçiləri infeksiyaya nosocomial yolla yoluxmaya çox yüksək riskdədirlər. Bunu biz Çin,Italiya,İspan və İran tibb işçilərinin infeksiyaya yoluxma hallarını nəzərə alaraq söyləyə bilərik. Ona görə də tibb işçilərinin bu infeksiyada qorunması çox vacibdir və mühüm əks-epidemik tədbirlərin tətbiqini tələb edir. Tibb işçilərinin bu infeksiyadan qorunmasını nəzərə alan vacib tədbirlərə nələr daxildir?

 

1) COVID-19 xəstə olan pasientin otağına daxil olan tibb işçilərinin sayı mümkün qədər minimallaşdırılmalıdır.

2) Xəstə ilə kontaktda olan və xəstə otağına daxil olma məcburiyyətində qalan tibb işçiləri yalnız PPE (personal protective equipment-facemask,cown,glowes,eyeglasses) təmin edildikdən sonra yerinə yetirilə bilər.

3) Konsultativ xidmətlər mümkün qədər telemedicine ilə təmin edilməlidirlər.

4) Endotracheal intubasiya, bronchoscopy və bəlğəmin induksiyası kimi aerosol generasiya riski yüksək olan procedurlar yalniz yüksək ixtisaslı mütəxəssislər və təkmilləşmiş tibb personalları tərəfindən yerinə yetirilə bilər.

5) Qeyri-invaziv ventilyasiya (NIV) və nebulayzerlərin tətbiqi kimi aerosol generasiya edən procedurlar kənarlaşdırılmalıdırlar. Qeyri-invaziv ventilyasiyaya ehtiyacı olan pasientlər bu prosedurun əvəzinə erkən intubasiya yerinə yetirilməlidir. Nebulayzer terapiyanın əvəzinə dozalandırılmış inhalyatorlardan

istifadə olunmalıdır. Yüksək tezlikli nazal oksigen terapiyanın (HFNO) rolu inkar edicidir, lakin əgər tətbiq edilərsə yalnız hava-damcı infeksiyasından izolyasiya olunmuş otaqda tətbiq oluna bilər.

6) Diaqnostik testlərin tətbiqi maksimal olaraq azladılmalıdır və laboratoriyaya göndərilən materialların COVID-19 xəstəsinə aid olması haqda öncədən məlumat verilməlidir.

7) Image öyrənmələr minimallaşdırılmalıdır. Radioqrafların əldə olunması və qeyd edilməsi yüksək ixtisaslı rentgen texnik tərəfindən yerinə yetirilməlidir. (Yalnız PPE ilə təmin edildikdən sonra) Praktik olaraq, döş qəfəsi radioqraflar ilə müqayisədə pasientin yerləşdiyi məkanda (point-of care ultrasonography) ultrasəs müayinəsi kimi görüntülər üçün nelamodula və komperativ həssaslığa malikdir.

#COVID19 #tibbiscileriniqoruyaq #atuttk #evdeqal #saglamolaq

ПОЛЕЗНЫЕ ССЫЛКИ
Министерство здравоохранения Азербайджанской Республики Министерство образования Азербайджанской Республики Государственная комиссия по приему студентов Виртуальный Карабах
Клиники КЛИНИКИ
Онкологическая клиника Азербайджанского медицинского университета Учебно-Терапевтическая клиника Азербайджанского медицинского университета Стоматологическая клиника Азербайджанского медицинского университета Учебно-Хирургическая клиника Азербайджанского медицинского университета
Обращение
к Ректору
Виртуальный
университет
Виртуальная
библиотека
Для иностранных студентов
Свяжитесь с нами Карта сайта Газета Tabib Тестовые банки