AZ RU EN WEBMAIL
Məzun həkim-rezidentlərin nəzərinə!

 

Yekun attestasiya üzrə  test mərhələsi 18; 19 noyabr 2020-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində keçiriləcək.

Yekun attestasiya test mərhələsində rezident 3 saat ərzində 50 test sualına cavab verməlidir. 50-test tapşırığından 40-ı standart test olmaqla hər bir test tapşırığı 1(bir) balla qiymətləndiriləcəkdir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaqdır. 2019-2020-ci tədris ilindən etibarən rezidentlərin yekun attestasiya qiymətləndirilməsində tətbiq olunan hər bir test tapşırığı 2 balla qiymətləndirilən 5 açıq tipli testlərdən istifadə olunacaqdır.Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Test tapşırığı nümunələri aşağıda qeyd olunmuşdur.

 

Çoxcavablı suallar

Xroniki periodontitlərin cərrahi müalicə üsullarına aiddir:

Diş kökünün hemiseksiyası (düz)

Diş kökünün amputasiyası (düz)

Kök zirvəsinin rezeksiyası (düz)

Ca-hidroksidlə depoforez (səhv)

K-yodidlə elektroforez(səhv)

Uyğunluq sualları

 Uyğunluğu müəyyən edin:

Diş kökü zirvəsinin rezeksiyası cox hallarda aparılır: -> təkköklü dişlərdə

Diş kökünün amputasiyası çox hallarda aparılır: -> çoxköklü dişlərdə

retensiya olunmuş dişlərdə

distopiya olunmuş dişlərdə

müvəqqəti dişlərdə

Rəqəmsal suallar

Diş kökünün hemiseksiyası zamanı dişin tacı neçə hissəyə bölünür?

100%

Söz seçmə suallar

Fenindionu n miqdarı təyini [[1]] ilə, təmizliyinin təyini [[2]] ilə, eyniliyinin təyini isə [[3]] ilə aparılır.

Bromato-yodometriya

NTX üsulu

Qatı sulfat turşusu

Susuz titrləmə

Kağız üzərində xromatoqrafiya

Qatı nitrat turşusu

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı