AZ RU EN WEBMAIL
Həkim-rezidentlərin nəzərinə!

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq çərçivəsində həkim-rezidentlərə onlayn seminarların keçirilməsinə start verilir.

 

Qeyd etmək istərdik ki, onlayn seminar, video konfrans və mühazirələr Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı”ı çərçivəsində həyata keçiriləcəkdir.

 

Bu proqramın əsas məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbə və mütəxəssislərlə bölüşməsidir. 

 

Tibbin müxtəlif sahələrini əhatə edəcək onlayn seminar, mühazirə və konfransların silsilə xarakter daşıması nəzərdə tutulub. Bu qəbildən ilk video konfrans 18 iyun 2020-ci ildə Bakı vaxtı ilə 18-00 da başlanacaqdır. Video konfransın mövzusu 2020-ci ildə dünyanın ən yaxşı 10 xəstəxanasından biri seçilmiş Chaim Sheba Tibb Mərkəzinin (İsrail) Covid-19-la mübarizədə qazanılmış təcrübəsinə həsr olunub. Video konfransda iştirak etmək istəyən rezident və həkimlər aşağıdakı linkə daxil ola bilərlər:

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı