AZ RU EN WEBMAIL
Həkim - rezidentlərin nəzərinə!

Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində Dövrü attestasiyadan kəsilən və imtahana gəlməyən həkim-rezidentlər üçün Dövrü attestasiya imtahanı onlayn formada keçiriləcəkdir.

 

Dövrü attestasiyada test mərhələdə rezident 2 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. 50 test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 30 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab edilir. Testləri əhatə edən ədəbiyyat siyahısı amu.edu.az yerləşdirilibdir. Onlayn imtahan sistemindən istifadə qaydaları imtahan.amu.edu.az yerləşdirilibdir.

 

Attestasiya imtahanı ilə bağlı aşağıda göstərilən məlumatları elektron formada kerimovasariya@gmail.com e-poçtuna 10.06.2020-ci il tarixindən gec olmayaraq göndərilməsi xahiş olunur.

 

Məlumatlar tərtib olunarkən aşağıda göstərilən tələblərə əməl olunmalıdır:

 

· cədvəl “Microsoft Word Document” faylında yazılmalıdır;

· şrift “Arial-12”, sətirlərarası məsafə 1,0 olmalıdır;

 

Qoşma:1 vərəq.

 

Dövrü attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı