AZ RU EN WEBMAIL
Yekun attestasiya imtahanlarında iştirak edəcək rezidentlərin nəzərinə!

Rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaqdır.

Yekun attestasiya iki (test və praktik) mərhələdə aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

 

Yekun Attestasiyanın test mərhələsi 28.10.2019-cu il tarixində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində keçiriləcəkdir. Rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə 23.10.2019-cu il tarixindən etibarən İmtahan Mərkəzində istifadəçi şifrəsini əldə edə bilərlər. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Yekun Attestasiyanın test mərhələsi üzrə imtahan cədvəli

28.10.2019-cu il tarixində  saat 930-da başlayan ixtisaslar

Psixiatriya, Ftiziatriya, Gigiyena, Sosial-gigyena və səhiyyənin təşkili, Mikrobiologiya, Laboratoriya işi, Epidemiologiya, Anesteziologiya-reanimatologiya, İmmunologiya, Allerqologiya, Narkologiya, Fizioterapiya və tibbi bərpa, Oftalmologiya, Patoloji anatomiya və məhkəmə tibbi ekspertizasI, Revmatologiya, Qastroenterologiya, Hematologiya, Terapita, Kardiologiya, Dermatovenerologiya, Stomatologiya, Yoluxucu xəstəliklər.

 

28.10.2019-cu il tarixində  saat 1100-da başlayan ixtisaslar

Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi,Otorinolarinqologiya, Onkologiya, Urologiya, Mamalıq-ginekologiya, Nevrologiya, Nefrologiya, Endokrinologiya, Pediatriya, Şüa-diaqnostikası, Üz-çənə cərrahiyyəsi, Travmatologiya-ortopediya.

 

Yekun attestasiyanın praktik mərhələsi ixtisasdan asılı olaraq 30.10.2019, 31.10.2019 və 01.11.2019-cu il tarixlərində saat 09:30 Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.00-da ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər  aşağıdakı cədvəldə verilmişdir:

 

İxtisaslar

Tarix

 

Yekun attestasiya praktik mərhələsi  üzrə

keçiriləcəyi yer

Psixiatriya

Narkologiya

30.10.2019

 

Azərbaycan Tibb Universitetinin Psixiatriya  kafedrası,

2 nömrəli Psixiatriya Xəstəxanası

Ürək-damar cərrahiyyəsi

30.10.2019

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası II mərtəbə

Ümumi cərrahiyyə

31.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, X mərtəbə

Plastik cərrahiyyə

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Urologiya

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə  

Nefrologiya

31.10.2019

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə

Revmatologiya

31.10.2019

Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, XI  mərtəbə

İmmunologiya

 

31.10.2019

 

Azərbaycan Tibb Universitetinin 5  nömrəli tədris binası, I mərtəbə

Ftiziatriya

30.10.2019

 

Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutu

Gigiyena

31.10.2019

Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası, IV mərtəbə

Mikrobiologiya

31.10.2019 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası, III mərtəbə

Laboratoriya işi

31.10.2019 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası,  Biokimyəvi  laboratoriya

Epidemiologiya

31.10.2019 

Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası, VII mərtəbə

Anesteziologiya-reanimatologiya

30.10.2019

31.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, IV mərtəbə

Oftalmologiya

30.10.2019 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  VI mərtəbə

Allerqologiya

31.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik  Klinikası, I mərtəbə

Stomatologiya

30.10.2019

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi

Onkologiya

30.10.2019 

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası

Mamalıq-ginekologiya

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Otorinolarinqologiya

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə

Nevrologiya

31.10.2019

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası,  VII mərtəbə

Terapiya

 

31.10.2019

01.11.2019 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VIII mərtəbə

Kardiologiya

31.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya, I mərtəbə

Qastroenterologiya

31.10.2019 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, XI mərtəbə

Hematologiya

31.10.2019 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə

Dermatovenerologiya

31.10.2019 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,I mərtəbə

Yoluxucu xəstəliklər

31.10.2019 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə

Endokrinologiya

31.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, IX mərtəbə

Pediatriya

 

31.10.2019

01.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, V mərtəbə

Şüa diaqnostikası

 

31.10.2019

01.11.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, II mərtəbə

Üz-çənə cərrahiyyəsi

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

30.10.2019

Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya Birliyi

Sosial gigiyena və səhiyyənin təşkili

31.10.2019

 

Azərbaycan Tibb Universiteti Əsas bina IV mərtəbə İctimai sağlamlıq və səhiyyənin təşkili

Fizoterapiya və tibbi bərpa

31.10.2019

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

VII mərtəbə

Neyrocərrahiyyə

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə

Travmatologiya-ortopediya

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IX mərtəbə

Uşaq cərrahiyyəsi

30.10.2019

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə

 

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı