AZ RU EN WEBMAIL
Rezidentlərin nəzərinə!

St-Peterburq V.A. Almazov ad. Elmi Tibb Mərkəzi Xarici tibb universitetlərinin tələbələri və rezidentləri üçün Tibbi İxtisaslar üzrə Yay Məktəbi («Almazov Summer School in Medical Specialties») təşkil edir. Intensiv kurs proqramına mühazirələr, seminarlar və tibbi sahələrdə bir sıra aktual məsələlər üzrə klinik halların müzakirələri, canlı video əməliyyatlar, zəngin sosial proqram daxildir. Təlim başa çatdıqdan sonra hər bir iştirakçıya sertifikat veriləcək.

 

Tarix: 4-15 iyun 2018
Müddət: 2 həftə
Proqramın dili: İngilis dili
Mümkün iştirakçıların sayı: 25
Hədəf qrupu: Rezidentlər və ya ixtisas tələbələri
Qiymət: 350 avro (Təlim, Mərkəzdə yemək, mədəniyyət proqramı daxildir)
Ərizələrin son qəbul tarixi: 1 mart 2018

Maraqlananlar ətraflı məlumatları rezidentura şöbəsindən və ya www.summerschoolsineurope əldə edə bilərlər. Qeydiyyatdan keçənlər ATU, rezidentura şöbəsinə müraciət etməlidirlər.
Əlaqə üçün e-mail:sarsembaeva_da@almazovcentre.ru

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı