2017-ci ildən etibarən İdman akademiyasında "İdman tibbi və reabilitasiya" yeni magistr proqramının tədrisinə start verildi. Dərslər İngiltərə Universitetinin (UCL - UNIVERSITY COLLEGE LONDON) aparıcı mütəxəssisi Mayk Lusmor tərəfindən aparılır və 8 moduldan ibarətdir. 1 modul İngiltərədə keçirilir.
Sözügedən ixtisasa yalnız internatura və ya rezidenturanı bitirən, həkimlər, rezidentura təhsilinin son ilində təhsil alanlar qəbul ola bilər (Mualicə işi və pediatriya üzrə həkim-mütəxəssis ixtisas dərəcəsi)
Qəbul qaydası: 12 fevral 2018-ci il tarixinədək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçib (http://tqdk.gov.az/news/991) , 25 fevral tarixində imtahanın 1-ci pilləsindən keçmək kifayətdir. Digər ixtisaslardan fərqli olaraq, 2-ci pillə İMTAHAN YOX, təkcə MÜSAHİBƏDİR. 7-8 fevral tarixlərində proqramla bağlı açıq qapı günləri keçiriləcəkdir.
Maraqlananlar +994125647388 nömrəsi ilə əlaqə saxlaya bilər. |