2017-ci ildə yekun attestasiyadan keçə bilməyən və ya üzürlü səbəbdən iştirak etməyən rezidentlər üçün 26 fevral 2018-ci il tarixində saat 10.00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) təkrar imtahan keçiriləcəkdir. İstifadəçi şifrəsini almayan rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-ə müraciət edə bilərlər. VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir. Yekun attestasiyanın II mərhələ imtahanı 28 fevral 2018-ci ildə keçiriləcəkdir. Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsi
|