AZ RU EN WEBMAIL
Hörmətli həmkarlar!

Sizi may ayında keçirilməsi planlaşdırılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ATU rezidentlərinin 6-cı elmi-təcrübi konfransında (ATUREK 6) iştirak etməyə dəvət edirik.

Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri, sözlü və poster məruzələr şəklində dinləniləcəkdir. 40 ixtisas üzrə tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşmaq və müzakirə etmək şansının sizlər üçün faydalı olacağına inanırıq. Konfrans ATU-nin 4 klinikasında – 15 konfrans salonunda keçiriləcəkdir.

Münsiflər heyəti tərəfindən ən yaxşı sözlü və poster məruzələr diplom və hədiyyələrlə mükafatlandırılacaq. Bütün iştirakçılara konfransın yekununda iştirakçı sertifikatı veriləcək. Ən yaxşı elmi tədqiqat işləri, məqalə şəklində çap üçün seçiləcəkdir və müvafiq işlərin rəhbərlərinə diplomlar veriləcəkdir.

Tezisləri 01.03.2018 tarixinə qədər ATU Tədris Terapevtik Klinikada V mərtəbədə konfransın katibliyinə və ya aturek2018@ gmail.com ünvanına göndərə bilərsiniz.

Bütün ölkə rezidentlərimizi ATUREK 6-da fəal iştiraka dəvət edir, rezidentlərimizə və onların rəhbərlərinə uğurlar diləyirik.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı