I. Layihənin adı: Eksperimentdə stress reaksiyalara məruz qalmış hamilələrdə dölün prenatal və postnatal dövrdə neyroendokrin sisteminin formalaşmasının patogenezinin tədqiq və onun tənzimlənməsi yollarının işlənməsi.
Layihənin rəhbəri: Elmi-Tədqiqat Mərkəzinin eksperimental endokrinologiya şöbəsini rəhbəri İsmayılov Yusub Bayram oğlu
Layihənin icra müddəti: 07 iyul 2015 – 07 iyul 2016-cı illər.
Layihənin məqsədi: Xronik stressə məruz qalmış hamilələrin hormonal-mediator sitatusunda baş vermiş dəyişiklikləri aşkarlamaq, bu dəyişikliklərin dölün prenatal-postnatal dövrdə neyroendokrin sisteminin formalaşmasına təsirini aydınlaşdırmaq və yeni tənzimlənmə yollarını araşdırmaq.
II. Layihənin adı: Azərbaycan florası əsasında hazırlanmış fitokompleksin hepatobilliar sistemə və pozulmuş lipid mübadiləsinə təsirinin öyrənilməsi.
Layihənin rəhbəri: Elmi-Tədqiqat Mərkəzinin toksikologiya şöbəsini rəhbəri Cəfərova Rəna Ənvər qızı
Layihənin icra müddəti: 07 iyul 2015 – 07 iyul 2016-cı illər.
Layihənin məqsədi: Azərbaycan florası əsasında hazırlanmış fitokompleksinhepatoprotektor təsirinin tədqiqi və onun eksperimental hepatit fonunda baş vermiş lipid mübadiləsi pozulmalarına qarşı effektivliyinin müqayisəli təhlilinin qiymətləndirilməsi.
III. Layihənin adı: Qaraciyər və yumurtalıq hüceyrələri metabolizmində yaranan disfunksional vəziyyətin patogenezində hipotalamus nüvələrinin rolu və onların tənzimlənmə yolları
Layihənin rəhbəri: Elmi-Tədqiqat Mərkəzinin direktoru Qarayev Qalib Şalon oğlu.
Layihənin icra müddəti: 07 iyul 2015 – 07 iyul 2016-cı illər.
Layihənin məqsədi: Qaraciyər hüceyrələrinin zülal sintezedici funksiyası ilə yumurtalıq hüceyrələrinin hormonal fəaliyyəti arasındakı qarşılıqlı əlaqənin tətqiqi və onların patogenezində hipotalamus nüvələrinin rolunu aydınlaşdırmaqla disbalansın tənzimlənmə yollarının öyrənilməsi.
IV. Layihənin adı: Sağlam və xəstə halda zülalların struktur-funksiya xassələrinə multidistiplinar yanaşma (Tibb qrupu)
Layihənin rəhbəri: “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Kamilova Nigar Mirbağır qızı.
Layihənin icra müddəti: 2015 – 2016-cı illər.
Layihənin məqsədi: Layihə multidistiplinardır və iki müxtəlif qrupun səylərini birləşdirir. Bu səyin məqsədi qan vasitəsilə müxtəlif xəstəlikləri, onların molekulyar mexanizmini nano-plazmondan istifadə etməklə yüksək həssaslığa malik optik sistemlərdə aşkarlamaqdır.
V. Layihənin adı: 3-cü “Şuşa” qrantı “Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibb aspektləri və həyat keyfiyyəti” mövzusunda Beynəlxalq konfrans.
Layihənin rəhbəri: “Sağlam nəsil” Tibbi Elmi-Tədqiqat Mərkəzi, Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının dosenti Mustafayeva Aynur Hamlet qızı.
Layihənin icra müddəti: 2016-cı ilin fevral ayı (2 gün).
Layihənin məqsədi: Dağlıq Qarabağ məcburi köckünlərinin sağlamlığın problemləri, elmi-praktik problemləri haqqında müzakirə və fikir mübadiləsi. |