Təhsildə Avropa Kredit Transfer Sisteminin tələblərinə, “İSO-9000” beynəlxalq standartlara cavab vermək, eləcə də Beynəlxalq akkreditasiyadan keçmək məqsədilə Universitetinin rektoru professor G.Ç.Gəraybəylinin 30 dekabr 2016-cı il, 401 saylı əmri ilə “Tədris-metodik və innovasiya” şöbəsinin bazasında “Təhsilin keyfiyyətinin təminatı və innovasiya“ şöbəsi yaradılmışdır.
“Təhsilin keyfiyyətinin təminatı və innovasiya“ şöbəsi bilavasitə Universitet rektorunun tabeçiliyində fəaliyyət göstərir.
Şöbə əməkdaşları Azərbaycan Tibb Universitetinin müxtəlif kafedralarının müəllimləridir.
Şöbə müdiri:
Nigar Sədiyeva - şöbə müdiri
Əməkdaşlar:
Aytən Məmmədzadə - t.ü.f.d., şöbə müdirinin müavini
Nailə Zülfüqarova - ə.e.n., dosent
Şəhla Yusubova - t.ü.f.d., assistent
Sultanova Günel
Şöbənin əsas vəzifəsi ATU-da keyfiyyətin idarə edilməsi sisteminin yaradılmasından, Təhsilin Keyfiyyətinin Təminatı haqqında Bəyannamənin müddəalarının icrasından, eləcə də yeni metodların tədrisdə istifadəsini təmin etməkdən ibarətdir.
Təhsilin Keyfiyyətinin Təminatı haqqında Bəyannamə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 27 fevral 2017-ci il tarixli qərarı və Mərkəzi Metodik Komissiyanın 15 fevral tarixli qərarı (protokol № 2) ilə qəbul edilmişdir |