AZ RU EN WEBMAIL
RƏHBƏRLİK / Təlim - tərbiyə işləri üzrə prorektor

 Musabəyov Zülfüqar Fərid oğlu  1961-ci  il  Bakı  şəhərində anadan  olub. 1969-1979 cu illərdə 134 saylı orta məktəbdə təhsil alıb.  1979-ci  ildə  N.Nərimanov  adına  Azərbaycan Dövlət Tibb  İnstitutunun  1-ci  müalicə-profilaktika  fakültəsinə  daxil  olub, 1985-ci ildə  həmin institutdan məzun olub.

1985-1986 -cı  illərdə 1 saylı Respublika Psixiatriya  Xəstəxanasında  psixiatriya  üzrə  internatura keçib.

     1986-1988-ci  illərdə  Ağdam şəhərində,  2  saylı  Respublika  Psixiatriya  xəstəxanasında  həkim-psixiatr  vəzifəsində  işləyib.  1988-1990-cı  illərdə  Bakı  şəhəri  Təcili və  Təxirəsalınmaz  Tibbi Stansiyanın operativ şöbənin böyük  həkimi,  8 saylı  yarımstansiyasında  baş  həkim işləyib. Həmçinin,  Bakı  şəhəri  Təcili  və  Təxirəsalınmaz  Tibbi  Stansiyasınin  komsomol  komitəsinin  azad  olunmuş  katib  vəzifələrində  işləyib.

    1990-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında assistent vəzifəsində çalışıb.  2012-ci ildə  Azərbaycan Tibb Universitetinin  psixiatriya  kafedrasının dosent vəzifəsinə təyin olunub və indiyə qədər bu vəzifədə  fəaliyyət göstərir. 

    2016-cı ilin aprel ayında ATU-nun rektorunun köməkçisi,  2016-cı ilin sentyabr ayında isə ATU rektorunun müşaviri vəzifəsinə təyin olunub.

     2020-ci ilin sentyabrından etibarən Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Z.Musabəyov Azərbaycan Psixiatriya Assosiasiyasının üzvüdür.

2001-ci  ildən  Yeni  Azərbaycan  Partiyasının  üzvüdür.

Z.Musabəyov 25-ə qədər elmi məqalələrin, 2 dərs vəsaitinin müəllifi  və həmmüəllifidir.

2001-ci  ildə  tibb  elmləri  namizədlik  dissertasiyasını  müdafiə  edib.

  İndiyədək çoxsaylı beynəlxalq tədbirlərdə, konfrans və konqreslərdə iştirak edib. Şizofreniya Beynəlxalq Araşdırma Cəmiyyətinin toplantısı (14-18 Aprel, 2012, İtaliya), Psixiatriyada farmakogenomika və fərdi tibb (Aprel  2013-cü il, İsrail “Pharmacogenomics and Personalised Medicine in Psychiatry”); 10-cu Florida Bipolyar Xəstəliklər Beynəlxalq Konfransı (İyun, 2013-cü il, Mayami); “DG PPN Congress” Berlin konfransı (Noyabr, 2013); 2015-ci ildə Bakıda təşkil olunan  “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpoziumda, ADHP üzrə 5-ci Dünya Konqresində (May 2015, Qlazqo) və bir çox digər beynəlxalq elmi konfransların iştirakçısı olub. 

 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı