AZ RU EN WEBMAIL
Xəbərlər
03.05.2021
“Təbib” idman klubunda toplantı

Bu gün ATU-nun “Təbib” idman klubun ümumi toplantısı keçirilib. Vəzifəyə təyin olunandan sonra kollektivlə ilk rəsmi iclas keçirdiyini söyləyən “Təbib” idman klubunun sədri, respublikanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Əvvəlcə klubda işə davamiyyət, nizam-intizam məsələləri müzakirə olunub. Klubda iş fəaliyyətinin pandemiya dövrünün şərtləri daxilində tənzimləndiyini deyən Q.Aslanov, ancaq buna baxmayaraq bəzi əməkdaşların öz işinə yenə də məsuliyyətsiz yanaşdığını söyləyib. Qeyd edib ki, biz qeyri-rəsmi görüşümüzdə yaxında yaşayanların, imkanı olanların həftədə 3 dəfə, yaşlı əməkdaşlarımızın isə həftədə 2 dəfə işə gəlib-getmələri barədə razılığa gəldik. Çox təəssüf ki, əməkdaşlarımızın bəziləri nəinki həftədə iki dəfə, hətta iki həftədə bir dəfə də işə gəlmədilər. Ona görə də heç bir yaş məhdudiyyəti qoymadan beş günlük iş qrafikinə keçməyə məcburuq. Çünki təhsil işçiləri peyvənd olunub və yaşı 65-dən yuxarı olanların da işə gəlib-getməsinə icazə verilib. Hər bir əməkdaşın özü, idman növü və fəaliyyəti haqqında məlumatları yazaraq fotoşəkillə bərabər bizə təqdim etmələrini istəmişdik ki, saytımızda yerləşdirək. Bir neçə müəllimimiz istisna olmaqla əməkdaşların əksəriyyəti bu məsələyə də laqeydlik göstərdi. İşə davamiyyətlə bağlı digər çatışmazlıqlara da toxunan klubun sədri nizam-intizamın möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görüləcəyini vurğulayıb.

“Təbib” idman klubunda universitetin maliyə imkanlarına uyğun təmir işlərinin görüləcəyini də bildirən Q.Aslanov məşqçi-müəllimlərin öz ixtisasları üzrə məşqlər aparması məsələsi üzərində xüsusilə dayanıb: “ Bildiyiniz kimi, əvvəllər burada müxtəlif idman bölmələri ilə yanaşı, yataqxana tələbələri ilə idman bölməsi də vardı. Artıq bu bölmə olmayacaq. Tələbə istər yataqxanadan, istərsə də evdən gəlsin, fərqi yoxdur. İdman bölməsinin konkret adı var. Tələbə hansı idmanla məşğul olursa, biz xüsusi seçimlə onları cəlb edəcəyik. Hər məşqçi-müəllim öz ixtisası üzrə məşqlər aparacaq. Təkmübarizlik idman növlərində 8-12 nəfər, komandalı idman növlərində isə 10-14 nəfərdən çox olmamaq şərtilə iki qrup məcburidir. Bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Bundan əlavə, bizim məşqçi-müəllimlərimiz öz apardıqları idman bölməsindən başqa digər dərslərə köməkçi müəllim kimi də çıxacaqlar”.

Bu məsələ ətrafında daha geniş müzakirələr aparılıb və əməkdaşlar tərəfindən bir çox təkliflər irəli sürülüb. Eyni zamanda pullu xidmət və digər məsələlərlə bağlı suallara da aydınlıq gətirilib.

İclasın sonunda “Təbib” idman klubunun əməkdaşı Nataliya Kərimova uzun illər uğurlu fəaliyyətinə görə və yubiley yaşı münasibətilə xüsusi təşəkkürnamə ilə mükafatlandırılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı