AZ RU EN WEBMAIL
Xəbərlər
07.04.2021
I Müalicə Profilaktika fakültəsində tədrisin təşkili müzakirə olunub
Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə Profilaktika Fakültəsinin Elmi Şurasının növbəti iclası baş tutub. Onlayn formatda keçirilən iclasda 2020/2021-ci tədris ilinin yaz semestrinində tədris prosesinin təşkili, müşahidə olunan durum, aralıq imtahanlar, onlayn və ənənəvi dərslərin keçirilməsi qaydaları haqqında müzakirələr aparılıb.
İclasda fakültə  dekanı, dosent Elşad Novruzov, Histologiya, Embriologiya və Sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, III Cərrahi Xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov  və digərləri gündəliyə daxil olan mövzular haqqına fikirlərini açıqlayıblar.
Toplantıda həmçinin tələbələri narahat edən bəzi məsələlər müzakirəyə çıxarılıb. Bəzi problemlərin həlli ilə bağlı yerindəcə  müvafiq kafedralara tapşırıqlar verilib. İclasın sonunda Elmi Şura üzvlərini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı