AZ RU EN WEBMAIL
Xəbərlər
05.04.2021
Ağır əməliyyat keçirən xanım ATU TCK həkimlərinin köməyilə ana olub
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir xəstə ana olmaq sevincini yaşayıb. Klinikanın cərrah ginekoloqu Fərhad Sultanov bildirir ki, 51 yaşlı qadının uşaqlıq boşluğundakı miomalar laparoskoik üsulla götürülsə də, bir il sonra bu xanım əkiz sağlam uşaqlar dünyaya gətirib.  
Cərrah F.Sultanov qeyd edir ki, bir il öncə həmin xanım uşaqlıq boşluğunu deformasiya edən intramural-submukoz miomalar diaqnozu ilə klinikaya müraciət edib: “Pasiyentin yaşını nəzərə alaraq, ona histeroektomiya (uşaqlığın götürülməsi) əməliyyatı təklif olundu. Xəstə isə ana olmaq arzusunda olduğunu, ona görə də uşaqlığı saxlamağı israrla xahiş etdi. Aparılan müayinələr və klinik hal imkan verdiyinə görə, xəstədə laparoskopik miomektomiya əməliyyatı icra edilərək uşaqlıq saxlanıldı”.
Bundan sonra xəstə süni mayalanma ilə əkiz dölə hamilə qalıb və hamiləliyi 35 həftəyə qədər çatdırıb. Ana bətnində uşaqların çəkiləri 2.300 kq (qız) və 2.200 kq (oğlan) olub. 52 yaşlı hamilə qadının 3 ədəd laparoskopik miomektomiya keçirmiş uşaqlığı nəinki 1 döllü, hətta iki döllü hamiləliyə dözüb, həm də döllərin ümumi cəkisi 5 kq-a yaxın olan hamiləliyi 35 həftəsinə qədər saxlayıb, hətta “ruptura uteri” (uşaqlığın yırtılması) fəsadlaşması təhlükəsi də olmur.
ATU Tədris Cərrahiyyə Klinikasının cərrah ginekoloqu Fərhad Sultanov qeyd edir ki, bu fakt “hamilələrdə laparoskopik miomektomiyadan sonra ruptura təhlükəsi daha çox olur” kimi yanlış fikirlərə bir cavabdır. Sadəcə götürülən miomanın yatağını düzgün bərpa etmək vacibdir. Bunun laparotomiyada olduğu kimi laparoskopiyada da da icrası mümkündür. Doktor hesab edir ki, yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər bir qadına ana olmaq sevincini yaşatmaq lazımdır: “Bu sevinci yaşamayan qadınlarda mütləq göstəriş olmadan yalnız yaşına görə uşaqlığı götürmək düzgün deyil. Ümumiyyətlə, bütün əmaliyyatlar göstəriş əsasında olmalıdır, sığortalanmaq xatirinə yox”.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı