AZ RU EN WEBMAIL
Xəbərlər
14.02.2021
“Müharibənin ağ xalatlı mələkləri”nə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin əməkdaşları "Müharibənin ağ xalatlı mələkləri" adlı onlayn tədbirdə iştirak ediblər. "Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində keçirilən tədbir Azərbaycan Tibb Universiteti (ATU), Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatı tərəfindən təşkil olunub.

 

Onlayn görüşdə Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə yanaşı, 30 tələbəsi iştirak edib. ATU-nun tibb xidməti  mayoru,  hərbi cərrahiyyə kafedrasının  baş müəllimi Ramin Əliyev  və tibb xidməti polkovnik-leytenantı, HTF Tibbi profilaktika kafedra rəisi Şahin Süleymanov çıxışlarında Vətən müharibəsində iştirak edən tibb işçiləri haqqında danışdılar. Müharibənin ilk şəhid həkimi Turqut Xəlilbəyli, döyüş meydanında cəsurluğu ilə yadda qalan Adil Əfəndiyev barədə xatirələrini bölüşüblər.

 

Onlayn toplantıya 44 günlük Vətən müharibəsində şəhid olan tibb xadimlərinin ailə üzvləri və yaxınları da qatılıblar.

 

Qeyd edək ki, layihənin məqsədi şəhidlərin tanıdılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəlik tədbirlərin təşkilidir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı