AZ RU EN WEBMAIL
Xəbərlər
29.12.2020
İlkin tibbi yardım təlimləri təşkil olunub

Bir sıra hallarda düzgün ilkin tibbi yardım insan həyatını xilas edə bilər. buna görə hər kəsin ilkin tibbi yardım qaydaları ilə tanış olması vacibdir. Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin bu günlərdə təşkil etdiyi onlayn təlimin məqsədi gənclər və tələbələri bu qaydalarla tanış etməkdən ibarətdir.

 

"İlkin tibbi yardım hər kəs üçündür" adlı təlimin açılışında ATU THİK-in sədri Elvin Kərimli bu tədbirlərin önəmindən danışıb. Qeyd edib ki, pandemiya dövründə bu tip təlimlər boş vaxtı dəyərləndirmək üçün çox yaxşı bir  fürsətdir.

 

ATU THİK-in sədr müavini, eyni zamanda 13-cü qrant müsabiqəsində "İlkin tibbi yardım hər kəs üçündür" layihəsinin rəhbəri Cavid Mustafazadə təlimçi qismində çıxış edib. O, müxtəlif situasiyalar zamanı ilkin tibbi yardımın göstərilməsi, praktiki vərdişlərin həyata keçirilməsi, ilkin yardımın təməl prinsipləri və s.  mövzularda tələbələrə bilgilər verərək, onların suallarını cavablandırıb.

 

Sonda təlimdə iştirakçıları arasında test keçirilib. İmtahanda yüsək nəticə nümayiş etdirənlər sertifikata layiq görülüblər.

 

İlkin tibbi yardımla bağlı təlimlər 100 nəfər üçün nəzərdə tutulsa da, iştirakla bağlı müraciətlərin sayının çox olması səbəbindən eyni mövzuda təlimin növbəti həftələrdə də təşkil olunması planlaşdırılır.

 

ATU THİK tələbələri boş vaxtını səmərəli keçirmələri üçün komitəyə üzv olmağa dəvət edir.

#ATUTHİK #ATU

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı