AZ RU EN WEBMAIL
Xəbərlər
28.12.2020
İctimai səhiyyə fakültə rəhbərliyi fakültə nəzdində fəaliyyət göstərən kafedralarla onlayn görüş keçirib

 

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin rəhbərliyi fakültə sərəncamında olan kafedralar ilə onlayn görüşlər keçirib.

 

Görüşlər haqda məlumat verən ATU dekanı, professor Anar Ağayev əsas məqsədin 2020-2021-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyətini müzakirə etmək olduğunu bildirib. Həmçinin Dövlət İmtahan Mərkəzinə testlərin göndərilib-göndərilməməsi, imtahan suallarını hazırlayan ekspertlərlə təkrar söhbətin aparılması, bundan əvvəlki dövrdəki imtahanda hansısa kafedradan apelyasiyaya müraciət olunduğu halda təsdiqlənən sualların dəyişdirilib-dəyişdirilməməsi haqda danışılıb.

 

Eyni zamanda, dərslərdə tələbələrin aktiv iştirakı, gələcəkdə də fakültə üzrə onlayn dərslərin aparılmasının keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə olunub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı