AZ RU EN WEBMAIL
Xəbərlər
19.11.2020
ATU əməkdaşının məqaləsi nüfuzlu xarici jurnalda çap olunub

 

Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının dosent Müşfiq Orucovun elmi məqaləsi Nature ailəsinə daxil olan “Scientific Reports” jurnalında çap olunub. “Hepatobiliar bədxassəli şişlər fərqli periferik mieloid mənşəli supressor hüceyrə xüsusiyyətlərinə və şiş mieloid hüceyrə profillərinə malikdirlər” (Hepatobiliary malignancies have distinct peripheral myeloid-derived suppressor cell signatures and tumor myeloid cell profiles) adlı məqalə M.Orucovun ABŞ-ın Klivlend Klinikasında elmi ezamiyyətdə olduğu müddətdə aparılan araşdırma çərçivəsində hazırlanıb.

 

M.Orucov bildirir ki, “Fulbright” proqramı çərçivəsində həyata keçirilən ezamiyyət zamanı Cleveland Clinic, Cleveland Case Comprehensive Cancer Center, Case Western Reserve University əməkdaşları ilə birgə elmi araşdırma aparılıb: “Elmi araşdırma nəticəsində məlum olub ki, mieloid-mənşəli supressor hüceyrələrin miqdarı (MDSC) viral hepatosellulyar karsinoma da daxil olmaqla, bir çox bədxassəli şişləri olan pasiyentlərin periferik qanında çoxalır və onlar immunosupressiv təsir göstərirlər. Bu uğurumda böyük əməyi olan elmi məsləhətçim Dr. Daniela Allendeyə və Fulbright Proqramına xüsusi təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, ATU  əməkdaşının elmi məqaləsi ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://www.nature.com/articles/s41598-020-75881-1

https://pubmed.ncbi.nlm.nih.gov/33139767/

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı