AZ RU EN WEBMAIL
Xəbərlər
11.11.2020
Rektor: “30 illik həsrətə son qoyuldu”

Hörmətli, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, tələbələri, həkimləri, bütün kollektivimiz, əziz dostlar -  bu gün çox sevincli gündür!

 

Nəhayət, 30 illik həsrətdən sonra arzularımız çin oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində bizim ərazilərdə qurduqları istehkamları darmadağın edərək, cəsarətlə irəlilədi, mənfur düşmənin zəbt etdiyi torpaqları qarış-qarış qaytardı.

 

Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızın hamısının, hər bir kəndimizin, hər bir yaşayış məntəqəmizin üzərində tezliklə, çox tezliklə Azərbaycan bayrağı dalğalanacaq!

 

Azərbaycan Ordusu və xalqımız məhz Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə bu zəfərə imza ata bildi. Yaşasın Ali Baş Komandan, eşq olsun Azərbaycan ordusuna! Bu qələbə uğrunda canını qoyan şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət, yaralanan əsgərlərimizə isə şəfa diləyirəm!

 

Ölkə prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Bu, bizim tarixi qələbəmizdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı