AZ RU EN WEBMAIL
Xəbərlər
25.09.2020
TƏCİLİ YARDIM HƏKİMİNİN MƏSLƏHƏTLƏRİ

Bəzən insan həyatını xilas etmək üçün cəmi bir neçə dəqiqə vaxt qalır. Xüsusilə də yol qəzalarında xəsarət alan şəxslərə düzgün qaydada ilkin yardım göstərilməsi onların sağ qalmasına kömək edir. Bu məqamda nəyi necə etməyi bilmək çox önəmlidir. Bir neçə vacib bacarıq sayəsində insan həyatını qurtarmaq olar. Bunun üçün həkim olmağa ehtiyac yoxdur.

 

"Ailə və Ətraf Mühit" İctimai Birliyinin hazırladığı “Hər kəs xilas edə bilər” silsilə video-təlimatlar məhz bu mövzuya həsr olunub. Video-kurslar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunan “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

 

Videolarda həkim və mütəxəssislər yol qəzalarında zərərçəkən şəxslərə yardım göstərmək üçün ilkin biliklər haqqında məlumat verirlər. Bu zaman insanın huşa gətirilməsi, süni nəfəs verilməsi, ürəyini masaj etmək, güclü qanaxmaları kəsməyin yolları, qıcolma tutan insana göstərilən ilkin yardım və digər məqamlar haqqında məlumat verilir.

 

Aşağıda təqdim edilən videolarda Dövlət Gömrük Hospitalının Təcili yardım həkimi Racu Nəbiyev yol qəzaları zamanı daha çox rast gəlinən xəsarətlər, onların növləri, konkret travmalar zamanı zədələnən insanlara ilkin tibbi yardım göstərilməsi, insanı şokdan çıxarmağın yolları, şoka düşən insanın ayılması üçün atılacaq addımlar, avtomobildə hava yastığının açıldığı zaman nə etməli, hansı hallarda xəstəni yerindən tərpətməmək lazımdır və s barədə danışıb.

 

Videolarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.

 

https://youtu.be/M5sbPWWBvgU

https://youtu.be/KM__AirqV1Q

 
 
 
 
 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı