AZ RU EN WEBMAIL
Xəbərlər
30.09.2020
ATU: Ali Baş Komandanımızın rəhbərliyi altında müqəddəs savaşda qələbənin əldə olunmasında iştirak etməyə hazırıq!

Azərbaycan Vətən müharibəsi yaşayır. Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı başlayıb. Azərbaycan da müqəddəs savaşa başlayaraq öz torpaqlarının və əhalisinin müdafiəsinə qalxıb. Artıq rəşadətli hərbçilərimiz bir neçə kəndi düşmən tapdağından azad ediblər. 

 

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri  münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi bizləri də - Azərbaycan Tibb Universitetinin əməkdaşları və tələbələrini qürurlandırdı.

 

ATU olaraq biz hamımız dövlət başçısının qətiyyətli addımlarını dəstəkləyirik.  Ali Baş Komandanımızın rəhbərliyi altında müqəddəs savaşda qələbənin əldə olunmasında iştirak etməyə hazır olduğumuz bəyan edirik.

 

Eyni zamanda bəyan edirik ki, ATU klinikalarının  yüksək ixtisasa malik təcrübəli və peşəkar tibbi heyəti erməni təxribatı nəticəsində yaralanan mülki əhalinin və hərbçilərin daim qulluğundadır! Eləcə də, ATU-nun Hərbi Tibb Fakültəsinin tələbələri və rezidentləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk gündən iştirak edir.

 

Prezident İlham Əliyevin dediyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

#KarabakhisAzerbaijan #Azerbaijan #ATU #AzərbaycanTibbUniversiteti #ATU90 #AMU #prayforAzerbaijan

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı