AZ RU EN WEBMAIL
Xəbərlər
24.09.2020
ATU-da kafedra və tədris hissə müdirləri ilə görüş keçirilib
Bu günlərdə Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.
 
 
Bu qaydalara əsasən Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi tərəfindən müvafiq addımlar atılıb, bir sıra işlər görülüb. ATU-nun II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli Normal fiziologiya, Patoloji anatomiya və İnsan anatomiyası və tibbi terminologiya, Şüa diaqnostikası, Tibbi fizika, Patoloji fiziologiya kafedralarında olub, kafedra və tədris hissə müdirləri ilə görüşüb.
 
 
 
Görüşdə “onlayn” dərslərin keçirilməsinin vəziyyəti, mövcud çətinliklərin aradan qaldırılması, eyni zamanda, təkrar dinləmə götürmüş tələbələrin cədvəlləri müzakirə olunub. Həmçinin təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafənin təmin olunması, kafedra əməkdaşlarının qoruyucu vasitələrdən istifadəsi, fərdi təhlükəsizlik qaydalarına nəzarət həyata keçirilib.
 
 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı