AZ RU EN WEBMAIL
Xəbərlər
26.04.2013
İkitərəfli əməkdaşlığa dair protokol imzalanmışdır
İkitərəfli əməkdaşlığa dair protokol imzalanmışdır
Aprelin 26-da Qazi Universitetinin rektoru, Yaxın Şərq Onkoloqlar Dərnəyinin üzvü, professor Süleyman Böyükbərbərin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olmuşdur.
Tibb Universiteti ilə ümumi tanışlıqdan sonra nümayəndə heyətini qəbul edən akademik Əhliman Əmirasalanov bildirmişdir ki, Qazi Universiteti bizə çox doğma bir universitetdir. Bu universitetin bütün seçilən rektorları ilə dostluq münasibətlərimiz olub: "Əlaqələrimizin tarixi 1993-cü ildən başlayır. İlk dəfə rəhmətlik İhsan Doğramacı bizi Ankaraya dəvət edəndə Qazi və Hacəttəpə universitetlərinə getdik. O vaxt Qazi Universitetinin rektoru Ənvər Həsənoğlu idi. Sonrakı illərdə əlaqələrimiz daha da genişləndi. Tələbə və mütəxəssis mübadilələri apardıq. Orada rektorluğa çox zaman doktorlar gəlir. Elə oldu ki, biz hüquqçu rektorla da ilişkilər qura bildik. Əminəm ki, sizinlə əməkdaşlığımız da yüksək səviyyədə olacaq".
Səmimi qəbul üçün universitet rəhbərliyinə, sayın rektora təşəkkürünü çatdıran S.Böyükbərbər ilk yurddışı çıxışını Azərbaycana etdiyini və buna görə olduqca məmnun qaldığını söyləmişdir.
Görüşdə tələbə və mütəxəssis mübadiləsi, tibb sahəsi üzrə ikitərəfli əməkdaşlığa dair protokol imzalanmışdır.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı