AZ RU EN WEBMAIL
Xəbərlər
22.04.2013
Bolqaristanli qonaqlar ATU- da olmuşlar
Bolqaristanli qonaqlar ATU- da olmuşlar
Aprelin 22- də Bolqarıstanın ölkəmizdəki səfiri Maya Hristova bir qrup Bolqarıstan Respublikasından gəlmiş nümayəndə heyəti ilə birlikdə universitetimizdə olmuşdur.
Nümayəndə heyətinin tərkibinə Sofiya Tibb Universitetinin rektoru, Bolqariya Rektorlar Şurasının sədri, professor V.Mitev, Pleven universitetinin İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Gena Krançarova, Bolqarıstan səfirliyinin nümayəndəsi Dimitri Linov, Bulexpo şirkətinin baş icraçı direktoru Yovçev olmuşlar.
Qonaqlar universitetlə tanışlığa əvvəlcə "Virtual" test mərkəzindən başladılar. Onlara burada aparılan imtahanların qaydaları barədə məlumat verildi. Sonra qonaqlar həmin korpusda yerləşən Böyük iclas zalına baş çəkərək burada yaradılan şəraitlə də yaxından maraqlandılar. Nümayəndə heyətini qarşılayan Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev rəhbərlik etdiyi müəssisənin maddi- texniki bazası haqqında ətraflı məlumat verdi, son illər tibb təhsili sahəsində aparılan islahatlar barədə qonaqları bilgiləndirdi.
Klinika ilə tanışlıqdan sonra Bolqarıstanlı qonaqlar universitetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovla görüşmüşlər. Qonaqları salamlayan Ə. Əmiraslanov bu universitetin keçdiyi tarixi inkişaf yolundan bəhs etdi, ölkədə yeganə ali tibbi təhsil ocağı kimi böyük maddi- texniki bazaya malik olduğunu diqqətə çatdırdı. Universitetin potensial imkanlarından söhbət açan rektor burada çalışan professor-müəllim heyətinin yüksək elmi- pedaqoji fəaliyyətindən, beynəlxalq əlaqələrindən və universitet klinikalarının yaradılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışdı.
Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə qonaqları düşündürən bir sıra suallara da aydınlıq gətirildi. Gələcəkdə hərtərəfli əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində imkan və perspektivlər müzakirə olundu, tələbə və mütəxəssis mübadiləsi aparmaq üçün müqavilə sənədinin hazırlanması qərara alındı.
Görüşdə ATU-nun prorektorları Sabir Əliyev, Əziz Əliyev, İbrahim İsayev və Aydın Vəliyev, klinikaların direktorları Surxay Musayev, Alqış Səfərov və Hacıqulu Bağırov, tədris hissəsinin müdiri Nəsimi Qasımov, beynəlxaq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova və digər məsul şəxslər iştirak edirdilər.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı