AZ RU EN WEBMAIL
Tibbdə bu gün
04.05.2021
4 May - Ümumdünya Astma ilə Mübarizə Günüdür

Hər il may ayının ilk həftəsinin ikinci günü qeyd olunan Beynəlxalq Astma Günü kimi bu il mayın 4-nə təsadüf edir. Günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə cəlb edərək əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş maarifləndirməkdir.

Günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupu yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş ilk görüşündə isə Beynəlxalq Astma Gününün təsis edilməsi 35 ölkə tərəfindən dəstəklənib.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Yer kürəsində bu xəstəlikdən təxminən 235 milyon insan əziyyət çəkir. Bu xəstəlik uşaqlar arasında nəfəs yollarının xroniki xəstəlikləri arasında ən geniş yayılmışıdır.

Astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və s. amillər də xəstəliyin əmələ gəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik faktorların da rolu olur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı