AZ RU EN WEBMAIL
Tibbdə bu gün
06.04.2021
6 aprel – Ümumdünya Fiziki Aktivlik Günüdür

Ümumdünya Səhiyyə Təşkilatı 2002-ci ildə 54-cü Ümumdünya Səhiyyə Assambleyasında 6 aprel tarixini Ümumdünya Fiziki Aktivlik Günü kimi qeyd olunmasını elan etdi. 54-cü Ümumdünya Səhiyyə Assambleyasının mövzusu da fiziki aktivliyi təbliğ etmək idi.

Bu gün ölkəmizdə hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, fiziki passivliyin (fiziki aktivliyin olmaması və ya az olması) sağlamlığa zərərli təsirləri barədə məlumat verilir.

· Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin (yəni yoluxucu olmayan xəstəliklərin) profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.
Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı bir hərəkət fiziki aktivlik hesab edilir. Fiziki aktivlik dedikdə təkcə qaçış və ya sürətlə qaçış, velosiped sürmək, aerobika və digər idman məşqləri deyil, həm də gündəlik fəaliyyət, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq və enmək, ev işlərinin görülməsi, rəqs etmək və digər aktiv əyləncələr nəzərdə tutulur.
Fiziki aktivlik:
· əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələlərini möhkəmləndirir;
· sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır;
· yüksək qan təzyiqi (hipertoniya), ürəyin işemik xəstəlikləri (ürəyin qanla təchizatının pozulması), beyin insultu, şəkərli diabet, süd vəzi və yoğun bağırsaq xərçəngi və depressiyanın yaranma riskini azaldır;
· yıxılma, həmçinin boyun, qalça, onurğa zədələnmələri riskini azaldır;
· enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı