AZ RU EN WEBMAIL
Tibbdə bu gün
24.03.2021
24 mart – Ümumdünya Vərəmlə Mübarizə Günüdür
Vərəmin müalicəsi və profilaktikası istiqamətində yeniliklərə nail olmaq məqsədilə hər il martın 24-ü Ümumdünya Səhiyyə Təşkilatı və Vərəmlə Ümumdünya Mübarizə Birliyinin təşəbbüsü ilə Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Bu gün dünyada minlərlə insanın diqqəti vərəm probleminə yönəldilir, əhali qlobal vərəm epidemiyası ilə bağlı məlumatlandırılır, vərəmin profilaktikası, müalicəsi məqsədilə bir sıra tədbirlər keçirilir, vərəmlə mübarizədə məlumatlılığın artırılmasına, gələcək inkişafın siyasi və sosial təminatının möhkəmləndirilməsinə imkan yaranır.
 
Bu gün ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur və əhali arasında geniş maarifləndirilmə aparılaraq bildirilir ki, vərəm çöpləri ilə hər kəs üzləşə bilər. Lakin vərəm mikobakteriyaları ilə yoluxmuş insanların xəstələnməsi mütləq deyil. Xəstəliyin inkişaf etməsi üçün immunitetin zəifləməsi, müntəzəm və düzgün olmayan qidalanma, tez-tez soyuqdəymə hallarının olması gərəkdir.
 
Müasir təbabətin köməyilə 70-80 faiz hallarda vərəmin tam müalicəsinə nail olmaq mümkündür. Müalicənin uğurlu başa çatması isə çox vaxt pasiyentin özündən asılıdır. Xəstəliyin ilk əlamətləri aşkarlanan zaman pasiyent tibbi yardıma müraciət edərsə, müalicə dövründə həkimin bütün məsləhətlərinə əməl edərsə, tam sağalma şansı böyük olar.
 
Eyni zamanda, bu gün aparılan maarifləndirilmədə o da vurğulanır ki, uşaqlara vurulan vərəm əleyhinə peyvənd (KJB) vərəmə yoluxma riskini azaldır və ən əsası, vərəm infeksiyasının digər ağır formalarının baş verməsinin qarşısını alır. Bu peyvəndin aparılmasına qarşı çıxan valideynlər bununla övladlarını ciddi təhlükəyə atırlar.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı