AZ RU EN WEBMAIL
Tibbdə bu gün
14.11.2020
14 Noyabr - Ümumdünya Diabet Günüdür

Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir

BAKI, 14 noyabr — Sputnik. Noyabrın 14-ü ümumdünya diabetə qarşı mübarizə günüdür. Bu tarix 1991-ci ildən başlayaraq hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur.

Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır.

Hazırda dünyada 220 milyondan artıq adam diabet xəstəliyindən əziyyət çəkir. Lazımi tədbirlər görülməsə 2030-cu ilə qədər bu rəqəmin 2 dəfədən çox artacağı ehtimal olunur. Diabetdən ölüm hallarının təxminən 80 faizi əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrin payına düşür.

Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı