AZ RU EN WEBMAIL
Tibbdə bu gün
12.10.2020
12 oktyabrın - Ümumdünya Artritlə Mübarizə Günüdür

1996-cı ildən oktyabrın 12-si Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkədə Ümumdünya Artritlə Mübarizə Günü kimi qeyd edilir.

Həmin günün qeyd olunmasında əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında ictimaiyyəti məlumatlandırmaq, xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etmək, həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsidir.

Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyidir, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Ümumiyyətlə, oynaq xəstəliklərinin böyük bir qrupunu artrit adlandırırlar və onlardan ən geniş yayılanı artroz və revmatoid artritdir. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri heç də tam öyrənilməyib.

Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artması müşahidə edilir. Bu problem sümük-əzələ, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdədir. Yaranma səbəbləri və inkişaf mexanizmi tam öyrənilməyən artritin insan ömrünü 3-7 il qısaltdığı sübut olunub. Ən təhlükəlisi isə odur ki, xəstəliyin risk qrupuna yaşından asılı olmayaraq hər kəs daxildir. Lakin artrit ən çox oynaqların revmatik xəstəliyinin yaranmasına səbəb olur ki, bu da 30-50 yaş arası olanlarda rast gəlinir. Kişilərə nisbətən qadınlarda həmin xəstəliyə beş dəfə çox qeydə alınır.

Xəstəlikdən yaxa qurtarmaq üçün həkimlər sağlam həyat tərzi keçirməyi, fiziki hərəkətlər etməyi, düzgün qidalanmağı, həmçinin öz psixoemosional vəziyyətini dəqiq qiymətləndirməyi məsləhət görürlər. Müntəzəm fiziki hərəkətlər əzələlərin möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalı, menyuya meyvə və tərəvəzlərdən hazırlanan salatlar daxil edilməlidir. Alma, gavalı, turşəng, qaragilə meyvələri, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngin qidalar rasionda üstünlüyə malik olmalıdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı