AZ RU EN WEBMAIL
Tibbdə bu gün
25.09.2020
25 Sentyabr - Beynəlxalq Əczaçı Günüdür

Beynəlxalq  Əczaçı Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International

 

Pharmaceutical Federation)  tərəfindən hər il İstanbulda keçirilən Konqresdə təsis edilmişdir. 
Belə ki, Federasiya tərəfindən izah edildiyi kimi, dərmanı xəstə əldə edənə qədər bütün mərhələlərində bir eczacı müşayiət edir. Bu mütəxəssisin işi dərman vasitələrinin məsuliyyətli istifadəsinin qarantıdır. Hər gün dünyanın hər yerində 3 milyon farmasiya elminin və praktikasının nümayəndəsi dərman vasitələrinin təhlükəsiz, effektiv və səmərəli istifadəsi məqsədilə xəstələrlə qarşılıqlı ünsiyyətdədir. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistika onu göstərir ki, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq milli problem hüdudlarından çıxaraq qlobal problemə çevrilmişdir. 

 

Beynəlxalq Əczaçılıq Federasiyasının prezidentinin sözlərinə görə Beynəlxalq Əczaçı Günü qeyd edilməsi, cəmiyyətdəki səhiyyə sistemində eczaçıların əhəmiyyətini bilmək üçün yaxşı bir fürsətdir və maarifləndirici istiqamətdir. Qeyd edək ki, bu gün hər il bir lozunq altında qeyd olunur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı