AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
07.12.2020
ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov:

Uzun müddətdir Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) Vətən müharibəsində döyüşən və yaralanan qazilər müalicə alır. Klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovla yaralılar arasında ən çox rast gəlinən xəsarətlər, onların müalicə haqqında danışmışıq.

 

Bizim əsasən xəstələrimiz ən çox travma alan əsgərlər idi. Ağız- üz- çənə, göz  burun- boğaz  və  kəllə- beyin zədəsi almış xəstələrdən ibarət  idi. Bu xəstələrin müalicəsi  hərbi hospitalda başladı və tədris cərrahiyyə klinikasında isə davam etdirildi. Bu ümummilli işimizə bizim  şöbənin kollektivi ilə yanaşı, burun- boğaz,  neyrocərrahiyyə və  ağız- üz- çənə üzrə  sahələrin də  aparıcı mütəxəssisləri könüllü olaraq qoşuldu.  Bu müddət ərzində mən 117 ağır xəstə üzərində ağır əməliyyatlar apardım.  Mən burada xüsusən haqqı olan bir neçə həkimlərimizin adlarını çəkmək istəyirəm.  Onlardan Aytən Eyvazova, Aynur Verdiyeva, Gülnar Əliyeva və Fərhad Nurməmmədov gecə - gündüz əllərindən gələni əsirgəmədilər. Onlar ağır yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı  əməliyyatlarda yaxından iştirak etdilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhdəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik.

 

Həmin zamanlar baş verən bir sıra  maraqlı və yadda qalan faciəvi anlarla da qarşılaşdım. Heç vaxt yadımdan çıxmayan bu epizodları istəyirəm ki, sizinlə də bölüşüm: “İki gözünü itirmiş  əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi, yenə də iki gözünü itirmiş digər pasiyentimizin – “həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi” sualını verməsi mənim həyatımda rast gəlmədiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri olduğunu hesab edirəm. Və yaxud başqa bir ağır yaralı əsgərin   - canım- qanım torpağıma və Azərbaycanıma qurbandır -söyləməsi məni nə qədər qürurlandırdığını heç cür sözlə ifadə edə bilmirəm.

 

Eşq olsun belə vətən oğullarımıza. Belə igidləri olan ölkə heç zaman düşmən işğalında qala bilməz!    

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı