AZ RU EN WEBMAIL
Для абитуриентов / Правила приема для граждан Азербайджанской Республики

Avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başlanılır.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
1. Orta təhsil haqqında attestat
2. 3*4 ölçüsündə 5 ədəd foto şəkil
3. Sağlamlıq haqqında tibbi arayış
4. Təhsil haqqının ödənilməsini sübut edən sənəd (ödənişlilər üçün)
5. Şəxsiyyət vəsiqəsi və surəti
6. Tələbənin qəbul imtahanındakı iş nömrəsi və email adresi
7. Yaşayış yerindən arayış
8. Elektron formada şəkil (jpg,jpeg,png) və tərcümeyi-hal (CD-də)
Tərcümeyi halın forması:
(https://drive.google.com/file/d/1DtuoFQb1oTWGxb2F7HQjPQMRQ8RtKlOv/view?usp=sharing)

Məcburi köçkün ailəsindən olan tələbələr məcburi köçkünlük haqqında vəsiqəsini və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətini təqdim etməlidirlər.

Şəhid ailəsindən olan tələbələr əlavə olaraq bu sənədləri təqdim etməlidir:
1. Şəhidlik haqqında vəsiqə və surəti (abituriyentin adına olan və notarial qaydada təsdiqlənmiş)
2. Doğum haqqında şəhadətnamə və surəti (notarial təsdiqli).
3. Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqli).

Valideyn himayəsindən məhrum olanlar bu sənədləri təqdim etməlidirlər:
1. Valideynin ölümü haqqında şəhadətnamə və surəti (notarial təsdiqli).
2. Valideynin I və ya II qrup əlilliyi haqqında sənəd və surəti (notarial təsdiqli).
3. Abituriyentin doğum haqqında şəhadətnaməsi və surəti (notarial təsdiqli).
4. Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqli).

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin övladları bu sənədləri təqdim etməlidir:
1. Valideynin ölüm haqqında şəhadətnaməsi və surəti (notarial təsdiqli).
2. Valideynin əlillik haqqında sənədi və surəti (notarial təsdiqli).
3. Abituriyentin doğum haqqında şəhadətnaməsi və surəti (notarial təsdiqli).
4. Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqli).

Sənədlərin qəbulu 15-27 avqust tarixlərində (İstirahət günləri istisna olmaqla)
saat 09.00 - 17.00-dək aparılacaq. Saat 13.00 -14.00 arasında fasilə olacaq.

Qeydiyyat üçün 18 yaşı tamam olmamış tələbələrin valideynlərindən birinin iştirakı mütləqdir.
Əks təqdirdə sənədləri qəbul edilməyəcəkdir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 165. Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binası.
Tel: 597-44-90

ПОЛЕЗНЫЕ ССЫЛКИ
Министерство здравоохранения Азербайджанской Республики Министерство образования Азербайджанской Республики Государственная комиссия по приему студентов Виртуальный Карабах
Клиники КЛИНИКИ
Онкологическая клиника Азербайджанского медицинского университета Учебно-Терапевтическая клиника Азербайджанского медицинского университета Стоматологическая клиника Азербайджанского медицинского университета Учебно-Хирургическая клиника Азербайджанского медицинского университета
Обращение
к Ректору
Виртуальный
университет
Виртуальная
библиотека
Для иностранных студентов
Свяжитесь с нами Карта сайта Газета Tabib Тестовые банки