Axtarış:
Dekanlıq > Xarici Tələbələrlə İş Üzrə Dekanlıq
     Ünvan: AZ0022, Bakıxanov küç. 23. Telefon 495-35-11
     Dekan dos. Seyidova Gülər Mir Cəfər qizi
     Hər il dünyanın müxtəlif ölkələrindən 100-lə tələbə təhsil almaq üçün Azərbaycan Tibb Universitetinə (ATU) müraciət edir. Onlar 7 ay hazırlıq kursları keçdikdən sonra universitetin müxtəlif fakültələrində təhsilini davam etdirirlər. Hazırda 21 ölkədən (İran, Türkiyə, Pakistan, Kanada, Gürcustan, İordaniya, Yəmən, Sudan, Suriya, Səudiyyə Ərəbistanı, Mavriki, İngiltərə, İsveç, Türkmənistan, Rusiya, İraq, Nigeriya, Sudan, Mərakeş, İsrail, Tacikistan) 500-ə yaxın xarici vətandaş təhsil alır. Hazırlıq kurslarının məqsədi tələbələrin qeydiyyatını aparmaq, onlara kimya, biologiya, fizika, xarici dil (Azərbaycan, Rus, İngilis) fənləri üzrə dərs keçmək, dərs ilinin sonunda onların müxtəlif fakültələrdə təhsil alması üçün lazımi şəraitin yaradılmasında yardım etmək, sənədlərini qaydaya salmaqdır.
     Hazırlıq kurslarında universitetin ən təcrübəli müəllimləri fərdi proqram üzrə müxtəlif fənlərdən təcrübi və nəzəri dərslər keçir. Eyni zamanda 7 ay müddətində tələbələr universitet haqqında geniş məlumat alır və onların ixtisas seçməsinə yardım edir.
     Universitetdə dərslər 3 dildə: Azərbaycan, Rus və artiq 4 ildir ki, İngilis dilində aparılır. Bu dillərdə tələbələr yeni dərsliklərlə təmin olunmaqla yanası, Universitetin tibbi kitabxanasından və internet səbəkəsindən genis səkildə istifadə edirlər.
     Azərbaycan Tibb Universitetinin əsası 19 İyun 1930-cu ildə qoyulmusdur.
     ATU-nun təarkibində 7 fakultə (2 mualicə-profilaktika, Pediatriya, Tibbi-profilaktika və tibbi biologiya, Stomatologiya, Əczaçılıq və Hərbi-tibb) fəaliyyət göstərir. 2007-ci il Yanvar ayınin əvvəlinə olan məlumata əsasən Azərbaycan Tibb Universitetində 1628 nəfər çalısır. Onlardan 1381 nəfər professor-müəllim heyəti, həmçinin Rusiya Tibb Elmlər Akademiyasının akademiki-4, RTEA-nın müxbir üzvü-1, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü-3, Milli Elmlər Akademiyasının müxbir üzvü-5, Əməkdar həkim-31, əməkdar müəllim-20, fəxri bədən tərbiyəsi- isçisi-5, əməkdar əczaçı-1, elmlər doktoru-140, elmlər namizədi-738, professor-109, dosent-297, bas müəllim-153, assistent-640, bas müəllim-84, bas elmi isçi-23, aspirant-89.
     Xarici tələbələrin dekanlığının işi:
     - hazırlıq kursu keçmiş tələbələrin universitetə qəbulunu təşkil etmək;
     - müxtəlif xarici ölkələrdən təhsil almaq üçün gələn müraciətləri qəbul etmək;
     - oxuduqları müddətdə tələbələrin vizalarını hazırlamaq;
     - tələbələrin dərsə davamiyyətinə nəzarət etmək;
     - yay və qış imtahan sessiyasına tələbələrin hazırlığını təmin etmək;
     - dərslərin gedişinə nəzarət etmək;
     - tələbələrin istehsalat təcrübələrini təşkil etmək;
     - dövlət imtahanlarının gedişini təşkil etmək;
     - xarici vətəndaşlarının universitetdən sonrakı yüksək təhsilini təşkil etmək və bu işləri sənədləşdirmək;
     - tələbələrə Azərbaycan Respublikasının müvafiq qanunları ilə məlumatlandırmaq;
     - onların normal yaşayış şəraitini təmin etmək.
     Diplom aldıqdan sonra gənc həkimlər 1 illik internaturadan Sonra həkim-praktikant kimi işləmək hüququ qazanırlar.
     Bundan əlavə Universitetdə diplomdan sonra, 1-illik internatura, 2-illik klinik ordinatura, 3 illik Aspirantura və 3-4 illik doktorantura və 3-5 illik muxtəlif ixtisaslar üzrə ixtisas artirma kurslari fəaliyyət göstərir.
     Mütəxəssislər üçün universitetdə aşağıdakı ixtisaslar üzrə ixtisasartırma kurslari mövcuddur:
     Mamalig və Ginekologiya
     Daxili xəstəliklər
     Burun, bogaz, gulag xəstəlikləri
     Anesteziologiya və reanimatologiya
     Nevrologiya
     Radiologiya
     Stomatologiya
     Cərrahiyyə
     Endokrinalogiya
     Oftalmalogiya
     Uşaq xəstəlikləri
     Kliniki farmakologiya
     Onkalogiya
     Psixiatriya
     Ortopediya ve travmatologiya
     Urologiya
     Dəri zöhrəvi
     İnfeksion xəstəliklər
     Mikrobiologiya ve virusologiya
     Patologiya ve sitologiya
     Hərbi tibb

Bizimlə əlaqə saxlamaq istəyirsinizsə foreign_dean@amu.edu.az adresində məktublarınızı gözləyirik.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws