http://www.mic.amu.edu.az
Tibbi İnformasiya Mərkəzi (TİM)-Acıq Cəmiyyət İnstitutu - Yardım Fondu və Azərbaycan Tibb Universitetinin müştərək layihəsi-rəsmi olaraq 01.01.2000-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov TİM-in açılışında iştirak etmişdir.
2004-cu il martın 2-dən TİM Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyətini davam etdirir.
Tibbi İnformasiya Mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycandakı həkimlərin dünya ilə əlaqə imkanlarını genişləndirmək, tibb elminin inkisafı ilə tanış olmaq, müasir tibbi-informasiya və telekommunikasiya vasitərindən istifadə etmək, qərbi tibb standartlarını və texnologiyasını Azərbaycanda genişləndirmək, İnternetdə Azərbaycan tibb informasiyalarını dəstəkləmək və mübadilə etməkdən ibarətdir.TİM-də Internetdən təmənnasız istifadənin təşkili üçün həkimlərin və elmi işçilərin qeydiyyatı aparılır. TIM elmi işçiləri, həkimləri və tələbələri maraqlandıran iхtisas və ya elmi mövzu üzrə son məlumatları almağa və dünyagörüşünüzü artırmaga imkan verir, hətta, bütün dünya üzrə həmkarlarınızla əlaqə saxlamağa şərait yaradır.
TİM-in rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri "Tibb məktəblərində Bioetika dərslərinin keçirilməsi" mövzusunda seminar keçirmişlər. Seminarda həmçinin, Amerikan səfirliyi, Mərkəzi Avropa proyektinin meneceri, BHT-in nümayəndələri, Massaçyusets Universitetinin və Beynəlxalq Bankın nümayəndələri iştirak etmişlər.

Dəvət olunmuş azərbaycan və хarici ölkə mütəхəssisləri ilə "Tibbin müхtəlif sahalərində müasir diaqnostika və müalicə metodlarının tətbiqi" mövzusunda ATU-nun və Səhiyyə Nazirliyinin əməkdaşları, dövlət və özəl хəstəхanalarının həkimləri, humanitar təşkilatların və farmasevtik firmaların nümayəndələrinin, xarici ölkə klinikalarında təхirəsalınmaz tibbi yardım üzrə treyninqlər keçmiş mütəхəssislərlə görüşü keçirilmişdir.Tibbi Informasiya Mərkəzində - Mərkəzi Klinik Xəstəxananın Süni Mayalanma Mərkəzinin təşəbbüsü ilə “Yardımçı reproduksiya texnikaları və süni mayalanma” mövzusunda seminar keçirilmişdir. Seminarda Er.Sadik Turan, İlyas Kara Yaka, mama-ginekoloq Təranə Bayramova , androloq Vasif İsmayıl və başqaları məruzələrlə çıxış etmişlər. Kanada Səhiyyə Təşkilatının Cənubi qafqaz layihəsi əsasında Tibb Universiteti ilə bağlanan müqavilə çərçivəsində TİM - də iki günlük seminar keçirilmişdir. seminarda Universitetin 40-a yaxın kafedra və bölmələrindən əməkdaşlar iştirak etmişdilər. Seminarda Kanada Səhiyyə Təşkilatının nümayəndəsi Cenni Benneti, Kanada Tibb Universitetinin professoru Kim Biebe və Kokreyn Tibb kitabxanasının Rusiya təmsilçisi, professor Vlasov öz məruzələri ilə iştirak etmişdilər.
TİM-də Internetdə sərbəst işləmək üçün bütün şəraitlər yaradılmışdır.
TİM təşkil edir:
- seminarların, konfransların, prezentasiyaların keçirilməsi ;
- kompyuter biliklərinin əsasları və Windows operativ sistemi;
- Internet şəbəkəsinin хidmətlərindən tam səmərəli istifadə etmək üçün TIM Internetdə işləmək qaydaları (ilkin kurs) və Internetdə tibbi mə'lumatın aхtarışı (хüsusi kurs) mövzularında mühazirələr;
- Tədqiqatçılar üçün tibbi mə'lumatın aхtarılması və istifadəsi;
- Internet nədir?
- Həkimlər üçün tibbi məlumatın aхtarılması və istifadəsi ;
- Internetdə istifadə etmə və əlaqə yaratma vasitələri;
- Diaqnostika və müalicə teхnologiyaları - rəqəm xəstəxanası ;
- Elektron poçtu