Axtarış:
Dekanlıq > Tibbi-profilaktika vÉ™ Tibbi-biologiya fakültəsi
     Ünvan: AZ1022, Bakıxanov küç. 23. Telefon:
     Dekan: dos. Aydın M.Məmmədov (email: aydin_m@bakililar.az)
     Dekan müavinləri: (tibbi prof.) dos. Vaqif N.Vəkilov (email: vaqif_v@bakililar.az)
     (tibbi biologiya) dos. Şahin Q.Bayramov (email: shahinrw@yahoo.com)
     Fakültədə iki ixtisas üzrə mütəxəssis hazırlanır:
     1. "Tibbi-profilaktika" ixtisası 1930-cu ildən fəaliyyət göstərir. Bu ixtisasda, sanitariya-gigiyena və əksepidemik tədbirlərə dövlət nəzarətini həyata keçirmək və eləcə də əhalinin xəstələnmə göstəricilərinin azaldılması və xəstəliklərin yayılmasının qarşısının alınması tədbirlərini təşkil etmək və həyata keçirmək üçün mütəxəssislər hazırlanır (gigiyena, epidemiologiya, mikrobiologiya, virusologiya, parazitologiya, immunologiya ixtisasları üzrə həkimlər). Bu ixtisas üzrə təhsil müddəti 5 ildir, burada 400 tələbə təhsil alır.
     2. "Tibbi-biologiya" ixtisası 1991-ci ildən fəaliyyət göstərir. Bu ixtisas üzrə nəzəri və təcrübi təbabət sahəsində-biokimya, biofizika, immunologiya, morfologiya, tibbi-genetika və s. ixtisaslar üzrə mütəxəssis hazırlanır. Tibbi-biologiya ixtisasında da təhsil müddəti 5 ildir. İxtisas üzrə hazırda 150 tələbə təhsil alır.
     "Tibbi-profilaktika" və "Tibbi-biologiya" fakültəsində 9 kafedra və bir Elmi-tədqiqat mərkəzi, Klinik-biokimya və kliniki-mikrobiologiya laboratoriyaları fəaliyyət göstərir. Fakültədə 16 professor, 43 dosent, 6 baş elmi işçi, 34 baş müəllim, 20 müəllim, 32 assistent, 6 aspirant, 14 dissertant çalışır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws