|
Tədris müəssisələrinin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir.
Ali məktəblərin auditoriyalarında, kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxana və yeməkxanalarda sanitar-gigiyena, vəziyyətini və qayda-qanunu təmin edir; tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris binasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət müəssisələrini avadanlıqlarla, inventar və materiallarla təmin edir; tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər keçirir ; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssisələrlə müqavilə bağlayır.
|