Axtarış:
İctimai təşkilatlar > Tələbələrin həmkarlar ittifaqı komitəsinin sədri
     ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin əsas tərkib hissəsi 17 nəfərdən ibarət büro üzvləri fəaliyyət göstərir. Büroya sədr və iki müavin rəhbərlik edir. ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin büro, sədr və müavinləri Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransında 5 illik müddətinə açıq və ya gizli səsvermə ilə seçilir. Hal-hazırda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri t.e.n. Qasımov Cahangir Lətif oğludur. Büronun fəaliyyətinə konfrans tərəfindən seçilmiş 7 nəfərdən ibarət nəzarət-təftiş komissiyası nəzarət edir.
     Tələbə Həmkarlar İttifaqı Komitəsinin görüləcək bir illik işləri büroda müzakirəyə çıxarılıb təsdiq olunur. İşin planının əsas prinsipləri, universitetin tələbələrinə maksimum diqqət və qayğı göstərilməsi əsasında hazırlanır. İş planı ali məktəb tələbələrinin sosial müdafiəsinə, maddi rifahının, mənzil şəraitinin, insani və mədəni keyfiyyətinin yüksəldilməsinə əsaslanır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws