74 il öncə Azərbaycan Tibb Universitetinin nəzdində yaradılmışdır. Yaradıldığı gündən bu günə qədər onun fəaliyyətinin davam etməsində, daima təkmilləşməsində ATU-nun müəllimləri öz əməklərini əsirgəməmişlər. Tələbə Elmi Cəmiyyəti Universitet daxilində yaradılmış ictimai təşkilat olub, Universitetin elmi işlər üzrə prorektoruna tabedir. TEC-nin elmi rəhbəri, sədri və şurası mövcuddur. TEC-nə Universitetin II-ci uşaq xəstəlikləri kafedrasının müdiri professor Əyyubova A.A. elmi rəhbərlik edir. TEC-nin sədri ATU-nun ümumi cərrahiyyə kafedrasının assistenti t.e.n. Həsənov M.C. rəhbərlik edir. TEC-nin şurası Universitetdə olan bütün fakültələr təmsil olmaq şərti ilə 25 nəfərdən ibarətdir. Bu şuraya hər fakültənin tələbə elmi cəmiyyətinin elmi rəhbəri, fakültə tələbə elmi cəmiyyətinin sədri və bir qrup dərs əlaçıları daxildir. TEC-nin şurası hər ayda bir dəfə öz iclasını keçirir. ATU-nun rektoru akademik Ə.T.Əmiraslanov tərəfindən təsdiq olunmuş iş planına müvafiq olan vəzifələrin yerinə yetirilməsi üzərində işlənilir.

Eyni zamanda TEC-i ildə 2 dəfə aprel ayında keçirilən fakültə TEC-nin elmi konfransları başa çatdıqdan sonra orada qalib olan tələbələr may ayında Universitetin yekun elmi konfransında iştirak etmək hüququ qazanırlar və bu konfransda qalib olan tələbələr Universitet rektoru tərəfindən xüsusi mükafatlara layiq görülürlər. Hər ilin dekabr ayında ilin ən yaxşı tələbə elmi tədqiqatçısı adı uğrunda müsabiqə keçirilir. Müsabiqədə arzu edən Universitetin bütün tələbələri iştirak edə bilərlər. ATU-nun TEC-nin üzvləri istər respublika daxilində, istərsə də xarici ölkələrdə müxtəlif Tibb Universitetləri tərəfindən təşkil olunmuş beynəlxalq konqreslərdə mütəmadi olaraq iştirak edirlər. Belə ki, Almaniya dövləti Çarti Universitetində Türkiyə dövləti İstanbul Universiteti nəzdində Misir dövləti Ain şəms Tibb Universitetinin nəzdində və s. təşkil olunmuş beynəlxalq konqreslərdə iştirak edirlər. Hal-hazırda 2006-cı ilin may ayında keçiriləcək yekun elmi konfransına hazırlıq işləri gedir.