Axtarış:
Administrasiya > Tədris işləri üzrə prorektor
     Əliyev Sabir Cahan oğlu 1944-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Həmin rayonun Gölkənd kənd orta məktəbini medalla bitirdikdən sonra, 1961-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib. 1967-69-cu illərdə təyinatla Naftalan sanatoriyasında əvvəl həkim-ordinator, sonra şöbə müdiri vəzifəsində işləyib.
     1969-cu ilin dekabr ayında ATİ-də patoloji fiziologiya ixtisası üzrə aspiranturaya daxil olub. 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edib. 1972-ci ildə patoloji fiziologiya kafedrasında assistent, 1973-cü ildə baş müəllim, 1977-ci ildə isə dosent vəzifəsinə seçilib. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib və 1993-cü ildə professor vəzifəsinə seçilib. S.C.Əliyevə 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor diplomu verilmişdir. 1982-1997-ci illərdə kafedranın tədris hissə müdiri işləyib. 1999-cu ilin oktyabr ayında I MRF-nin dekanı seçilib. 2001-ci ilin may ayında isə ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
     230-dan çox elmi əsərin, 2 dərslik, 4 dərs vəsaitinin, 4 elmi populyar broşuranın, 1 lüğət kitabçasının, bir necə tədris metodik vəsaitin müəllifidir.
     1986-cı ildə "Səhiyyə əlaçısı", 2000-ci ildə isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
     Azərbaycan Respublikası Təhsil Nazirliyində elmi əsərlərin və dərsliklərin çap olunması üzrə "Tibbi-nəzəri" bölmənin sədri, ATU-nun Böyük Elmi Şurasının sədr müavini, MMK-nın sədri, "Anatomiya, patofiziologiya, farmakologiya və fiziologiya" ixtisasları üzrə müdafiə şurasının sədridir. YAP-ın ATU üzrə sədridir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws