
Ünvan AZ0022, Bakıxanov küç. 23. Telefon 495 -43-58
Dekan dos. Qasımov Rza Kazım oğlu.
Professor müəllim heyəti: 11 elmlər doktoru, 56 elmlər namizədi, 10 professor, 29 dosent, 1 baş elmi işçi, 26 baş müəllim, 28 müəllim, 87 assistent.
Təhsil alanlar: 879 tələbə, 6 aspirant, 7 klinik ordinator, 4 dissertant.
Fakültədə gələcək həkim stomatoloqlar təhsil alır. Onların sayı 880-dən artıqdır. Burada tələbələr stomatoloqun işi üçün vacib olan nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnirlər. tələbələr bilavasitə öz ixtisaslarına uyğun gələn kafedralardan başqa, daxili xəstəliklər, cərrahlıq, nevropatologiya, oftalmologiya, yoluxucu xəstəliklər və b. fənlərin tədris edildiyi kafedralarda da məşğələ keçirlər.
Fakültədə elmi işlərin əsas istiqaməti diş xəstəlikləri – karies və onun ağırlaşmaları, həmçinin paradont xəstəlikləridir. Tədqiq edilən əsas problemlər aşağıdakılardır:
1. Əhalinin praktik cəhətdən sağlam olan hissəsində, diabet və hemofiliyanın müxtəlif formaları olan xəstələrdə parodont xəstəliklərinin yayılma səviyyəsinin öyrənilməsi;
2. Üz-çənə nahiyəsinin anadangəlmə və qazanılma xəstəliklərinin profilaktika, diaqnostika və müalicəsi;
3. Uşaqlarda üz-çənə sistemi xəstəliklərinin müalicəsində yeni dərman preparatlarının kompleks şəkildə tətbiq edilməsi;
4. Diş-çənə sisteminin anadangəlmə və qazanılma anomaliyaları, defektləri və deformasiyaları, onların etiologiyası, patogenezi, diaqnostikası, profilaktikası və ortopedik müalicəsi;
5. Əsas stomatoloji xəstəliklər. Orqanizmin sistem zədələnmələrində ağız boşluğunun patoloji hallarının diaqnostikası, klinikası, müalicəsi və profilaktikası.
Tələbələr müasir stomatoloji texnika ilə təchiz edilmiş kabinetlərdə praktik məşğələ keçir, müxtəlif diş xəstəliklərinin müalicəsi üzrə praktik vərdişlər əldə edir və ortopedik əməliyyatları yerinə yetirməyi öyrənirlər.
|