Axtarış:
Dekanlıq > Pediatriya fakültəsi
     Ünvan: AZ0022, Bakıxanov küç.,23. Telefon 495-43-35.
     Dekan dos. Nağıyev Nəriman İsrafil oğlu.
     Professor-müəllim heyəti: 28 elmlər doktoru, 135 elmlər namizədi, 27 professor, 54 dosent, 14 baş müəllim, 146 assistent.
     Təhsil alanlar: 1462 tələbə, 10 aspirant, 8 klinik ordinator, 32 dissertant.
     Fakültənin tələbələri I-III kurslarda nəzəri biliklərlə yanaşı eksperimental vərdişlər əldə edir, yuxarı kurslarda isə klinikalarda məşğul olur, yeni diaqnostika və müalicə üsullarını öyrənirlər.
     Pediatriya fakültəsinin kafedralarında uşaq ölümünün azaldılması, uşaqlarda yoluxucu xəstəliklərin patogenezinin, gedişinin və diaqnozunun öyrənilməsi və başqa problemlərlə əlaqədar elmi-tədqiqat işləri aparılır; perinatal dövrdə dölün və yenidoğulmuşun funksional vəziyyəti, perinatal ensefalopatiyalar, ürək-damar, tənəffüs və həzm sistemi xəstəlikləri tədqiq edilir.
     Pediatriya fakültəsində klinik fənlərin tədrisi Bakı şəhərinin əsas xəstəxana və poliklinikalarından başqa, müasir diaqnostika və müalicə aparatları ilə təchiz edilmiş Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Elmi-Tədqiqat Pediatriya İnstitutunun bazalarında həyata keçirilir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws