AZ RU EN
ELM / Səhiyyə Təşkilatlarına Kömək

Səhiyyə sisteminin əsas xüsusiyyətlərindən biri əhalinin bütün kateqoriyalarının keyfiyyətli tibbi yardımla əhatə olunmasıdır.

Böyük elmi potensialı olan Tibb Universitetinin əməkdaşlarının fəaliyyəti çoxsahəli olaraq respublikada səhiyyənin bir çox aktual sahələrini əhatə etmişdir. Universitetin əməkdaşları şəhər klinik xəstəxanalarının və sanitar-aviasiyası xətti ilə rayon xəstəxanalarına elmi-təcrübi kömək göstərirlər.

I Mamalıq-ginekologiya kafedrasının əməkdaşı professor N.M.Kamilova Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən «Sağlam və xəstə halda zülalların struktur-funksiya xassələrinə mültidistiplinar yanaşma» (Tibb qrupu) mövzusunda məqsədli qrant layihəsi müsabiqəsində iştirak edib.

ATU-nun oftalmologiya, I və II uşaq xəstəlikləri, terapevtiv və  pediatrik propedevtika, nevrologiya və tibbi genetika, uşaq və yeniyetmələr gigiyenası kafedralarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Sağlam təhsil – sağlam millət» layihəsi çərçivəsində məktəblilərin fiziki inkişafı və sağlamlıq vəziyyətinin monitorinqi həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş digər aksiya ATU-nun Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzində keçirilmiş pulsuz müayinə həftəsi olub. Aksiyada Mərkəzin 4 yüksək ixtisaslı həkim-kardioloqu, 3 rezident-kardioloqu və peşəkar tibb bacıları müraciət edən xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstəriblər. Mayın 10-dan 16-dək davam edən aksiyada ümumilikdə 300-dən çox pasiyent müayinə olunub. 

Bədən tərbiyəsi və idman kafedrasının əməkdaşı Bakı şəhərində keçirilən I Avropa Oyunları ilə əlaqədar bu tədbirin Əməliyyat Komitəsinin sərəncamına göndərilmişdir.

Gəncə Pediatrlar Cəmiyyəti tərəfindən keçirilmiş «Tibbin müasir aspektləri» mövzusunda elmi-praktik konfransda universitetin terapevtik və pediatrik propedevtikası kafedrasının müdiri prof.İ.İ.İsayev «Kəskin revmatik qızdırma: klinika, diaqnostika, müalicəsinə dair müasir yanaşmalar» mövzusunda mühazirə ilə çıxış etdikdən sonra yerli həkimlərin suallarını cavablandırmışdır.

2014-cü ildən başlayaraq hər il aprel ayının 23-də - Ümumdünya İlkin İmmun Çatışmazlıq gününə həsr olunmuş tədbir keçirilir. Kursun rəhbəri prof.G.Nəsrullayevanın təşəbbüsü ilə aprel ayının 23-də bu xəstələr üçün «Birincili (anadangəlmə) İmmun Çatışmazlıq həftəsi» adı altında tədbirlər təşkil edilib. Tədbir zamanı iştirakçılar tərəfindən toplanmış vəsait bir xəstənin bank hesabına köçürülmüşdür. Habelə, 2015-ci ilin 15-dekabrında Jeffrey Modell Foundation Beynəlxalq Təşkilatı və ATU-nun İmmunologiya kursu ilə birlikdə«Birincili immunçatışmazlıq sindromu»na həsr olunmuş dəyirmi masa yığıncağı keçirilmişdir.

Psixiatriya kafedrasının əməkdaşları tərəfindən Bakı Türk Anadolu litseyinin xahişi ilə «Siqaret və pis vərdişlərlə mübarizə» mövzusunda məruzə etmişlər, Psixi Sağlamlıq Mərkəzində «Psixiatriyada liderlik» adlı gənc psixiatrlar üçün və Bakı şəhəri Metropoliten işçiləri üçün «Stres ilə mübarizə» mövzusunda treninqlər keçirilmişdir. Binəqədi rayonunun çoxmərtəbəli binasında baş vermiş yanğın nəticəsində zərər çəkmiş insanlara psixoloji və psixiatrik yardım göstərilmişdir.

Əczaçılıq kimya kafedrası əməkdaşları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Dərman vasitələrinin Ekspertizası Mərkəzi» MMC və «Azərfarm LTD» müəssisənin nəzarət analitik laboratoriyası ilə müntəzəm olaraq əlaqə saxlayıb, müraciət olduqda məsləhətlərlə və təcrübi işlərlə kömək göstərmişlər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı