AZ RU EN WEBMAIL
2019-cu ilin yanvar ayında AMEA – nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçiriləcəkdir.

Hörmətli Azərbaycan Tibb Universitetinin əməkdaşları!
2019-cu ilin yanvar ayında AMEA – nın müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçiriləcəkdir.
Bu tədbirlə əlaqədar konfrans materiallarının toplu 
şəklində dərc edilməsi nəzərdə tutulur.

KONFRANS MATERİALLARININ TƏRTİB QAYDALARI

1. Materialin həcmi (cədvəl, şəkil, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla) orijinal məqalələr üçün – 10 səhifədən, tezis (qısa məlumat) üçün – iki səhifədən artıq olmamalıdır. Əl yazma 1 nüsxədə komputer yazısı şəklində olunmalıdır. Mətn komputerdə Word redaktorunda (interval 1,5, şrift – Times New Roman, şriftin ölçüsü – 14 pt, sahə - standart, abzas – ilk sətirdə 1,25 sm olmaqla) tərtib edilməlidir. Əl yazmadan əlavə, CD diskdə elektron variantda (faylın tipi - Mikrosoft Word 2003, faylın adı birinci müəllifin soyadı ilə müəyyənləşdirilir) təqdim olunmalıdır.

2. Materialın başlığı aşağıdakı qaydada yazılmalıdır.
    1) Materialın adı (baş hərflərlə),
    2) müəlliflərin soyadı, adı və atasının adı,
    3) tədqiqat aparılan müəssisənin adı tam yazılmalıdır.

3. Orijinal məqalələr “Giriş”, “Material və metodlar” “Nəticələr və onların müzakirəsi” kimi hissələrdən təşkil olunmalıdır.

4. Mətndə qısaldılmış adların açılışı ilk rast gəlinən zaman verilməlidir.

5. Cədvəl və ağ – qara şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Şəkillər jpg formatında olmalıdır. Şəkillərin adı 0,5 intervalla, 14 pt şriftlə, izahlı alt yazıları 1 intervalla, 11 pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 0,5 intervalla, 14 pt şriftlə, içərisi 1 intervalla, 12 pt şriftlə, izahlı alt yazıları 1 intervalla, 11 pt şriftlə yazılmalıdır. Şəkillər və cədvəllər mətndəki ardıcıllığına görə ərəb rəqəmlərinə görə nömrələnməlidir.

6. Orijinal məqalələrdə istifadə olunan ədəbiyyat “Ədəbiyyat siyahısı” sərlövhəsində əlifba sırası ilə (1 intervalla, 14 pt şriftlə) verilməlidir. Hər biri yeni abzasda yazılmalıdır. Mətnin içərisində istifadə edilmiş ədəbiyyata istinad edilərkən onların siyahısındakı sıra nömrələri kvadrat mötərizədə verilməlidir. Dərc olunmamış işlərə istinad edilməsinə icazə verilmir.

7. Tezislərdə cədvəllər, şəkillər və ədəbiyyat siyahısı tələb olunmur.

8. Materialların əl yazması və ödəniş 31 dekabr 2018 – ci il tarixinə qədər çatdırılmalıdır.

Materiallar ödənişli əsaslarla dərc olunacaqdır. Bir səhifənin qiyməti – 10 manat.

Əl yazma və materialların elektron variantı aşağıdakı ünvana çatdırılmalıdır: Bakı şəhəri, AZərbaycan Tibb Universiteti, 3 saylı tədris binası, Tibbi biologiya və genetika kafedrası, b/m. Süleymanova Leyla. Tel: (+994 55) – 771 -25 - 26
Konfransın təşkilat komitəsi.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı