AZ RU EN WEBMAIL
Azərbaycan Tibb Universitetinin müəllim heyətinin reytinq balları ilə qiymətləndirilməsi qaydaları

Azərbaycan Tibb Universitetində “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə”nin1 4-cü bəndinin tələblərinə uyğun olaraq, ATU müəllim heyətinin peşə fəaliyyəti reytinq balları ilə qiymətləndirilir. Reytinq balları sırasına digər göstərilənlərlə yanaşı, müəllimlərin tələbələr tərəfindən anket sorğusu vasitəsilə qiymətləndirilməsinin nəticələri də daxil edilmişdir.

 

Rektoryanı Şuranın qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən,  müsabiqə yolu ilə seçiləcək müəllimlərin sənədləri siyahısına onun bal-reytinq cədvəli də əlavə edilməlidir. Bu cədvəl universitetin rəsmi saytında yerləşdirilmişdir.

 

Müsabiqədə iştirak etmək istəyən müəllim bal-reytinq cədvəlini saytdan yükləyərək çap edib, şəxsən dolduraraq, müvafiq təsdiqedici sənədləri əlavə etməklə Elmi katibliyə təqdim etməlidir.

 

Elmi katiblik tərəfindən bal-reytinq cədvəli müvafiq Komissiyaya təqdim edilir. Tələbələr tərəfindən müəllimlərin qiymətləndirilməsi üçün anket sorğusu Komissiya tərəfindən həyata keçirilir, qiymətləndirmənin nəticəsi müəllimin reytinq cədvəlinə əlavə olunur.

 

Komissiya müəllimin reytinq ballarını araşdıraraq son nəticəni Elmi katibliyə təqdim edir. Bal-reytinq cədvəlində minimal ballardan aşağı toplamış şəxslər müsabiqəyə buraxılmayacaqdır.

 

YÜKLƏ

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı