Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
ATU əməkdaşları tərəfindən hazırlanmış tədris vəsaitlərinin müzakirəsinin təşkili qaydaları

1. ATU əməkdaşları tərəfindən hazırlanmış tədris vəsaitlərinin§ (dərslik, dərs vəsaitləri, metodik tövsiyələr, monoqrafiyalar və s.) Universitet Elmi Şurasında müzakirə edilməsi üçün kafedra müdiri tərəfindən rektorun adına ərizə ilə müraciət edilir.

2. Tədris vəsaitləri rəylər (universitetdaxili və universitetxarici) və kafedra iclasının müzakirə protokolundan çıxarışla birlikdə Elmi katibliyə təqdim edilir.

3. “Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya” şöbəsində tədris vəsaitlərinin ilkin ekspertizası aparılmaqla vəsaitin tədris proqramlarına uyğunluğu, həcmi və statusu müəyyənləşdirilir.

4. İlkin ekspertizadan sonra tədris vəsaitləri Elmi katiblik tərəfindən rəyə göndərilir.

5. Rəy müsbət olduğu təqdirdə tədris vəsaitləri Fakultə Elmi Şurasında, daha sonra isə Universitet Elmi Şurasında müzakirə edilir.

6. Rəy mənfi olduqda, yaxud rəydə iradlar olduğu təqdirdə müəllif tərəfindən həmin iradlar aradan qaldırıldıqdan sonra tədris vəsaitləri təkrar rəyə göndərilir. Təkrar mənfi rəy almış tədris vəsaitlərinə yenidən baxılmır və müəllifə (müəlliflərə) qaytarılır.

7. ATU Elmi Şurasında müzakirədən sonra tədris proqramları və dərsliklər (Dövlət Standartındakı əsas fənlərə uyğun dərsliklər) nəşr hüququ (qrif) verilməsi üçün müəllif tərəfindən aşağıdakı sənədlərlə birlikdə Səhiyyə Nazirliyinin Kollegiyasına və Təhsil Nazirliyinə təqdim edilir

 

Səhiyyə Nazirliyinin Kollegiyasına təqdim edilən sənədlər:

· Tədris vəsaitinin əlyazması - 1 nüsxə

· Tədris vəsaitinin elektron variantı (2 ədəd CD diskdə)

· Kafedra iclasının protokolundan çıxarış-1 nüsxə

· Fakultə Emi Şurasının protokundan çıxarış-1 nüsxə

· Universitetdaxili rəy-1 nüsxə

· Universitetxarici rəy-1 nüsxə

· Başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarının olmaması haqqında notariusda təsdiq edilmiş ərizə (bütün müəlliflərin adından, Səhiyyə Nazirliyinə) -1 nüsxə

· Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsinə razılıq haqqında notariusda təsdiq edilmiş ərizə (bütün müəlliflərin adından) - 1 nüsxə

 

Təhsil Nazirliyinə təqdim edilən sənədlər:

· Tədris vəsaitinin əlyazması - 1 nüsxə

· Tədris vəsaitinin elektron variantı (2 ədəd CD diskdə)

· Kafedra iclasının protokolundan çıxarış-1 nüsxə

· Fakultə Emi Şurasının protokundan çıxarış-1 nüsxə

· Universitetdaxili rəy-1 nüsxə

· Universitetxarici rəy-1 nüsxə

· Başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarının olmaması haqqında notariusda təsdiq edilmiş ərizə (bütün müəlliflərin adından, Təhsil Nazirliyinə) - 1 nüsxə

 

8. Seçim fənlərinə uyğun dərsliklər, dərs vəsaitləri və digər vəsaitlər müəllif tərəfindən müzakirə üçün aşağıdakı sənədlərlə birlikdə ancaq Səhiyyə Nazirliyinin kollegiyasına təqdim edilir.

· Tədris vəsaitinin əlyazması - 1 nüsxə

· Tədris vəsaitinin elektron variantı (2 ədəd CD diskdə)

· Kafedranın müzakirə protokolundan çıxarış-1 nüsxə

· Fakultə Emi Şurasının protokundan çıxarış-1 nüsxə

· Universitetdaxili rəy-1 nüsxə

· Universitetxarici rəy-1 nüsxə

· Başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarının olmaması haqqında notariusda təsdiq edilmiş ərizə (bütün müəlliflərin adından, Səhiyyə Nazirliyinə) 1 nüsxə.

· Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsinə razılıq haqqında notariusda təsdiq edilmiş ərizə (bütün müəlliflərin adından) - 1 nüsxə.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı