AZ RU EN
Yataqxanalar
Azərbaycan Tibb Universitetində tələbələrin yaşam tərzinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binası fəaliyyət göstərir.
Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxana da isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb.
Hazırda ATU-nun 1 saylı yataqxanasında 172 nəfər,
2 saylı yataqxanasında 160 nəfər,
3 saylı yataqxanasında 291 nəfər,
5 saylı yataqxanasında 252 nəfər,
6 saylı yataqxanasında isə 351 nəfər tələbə yaşayır.
Keçən əsrin 60-70-ci illərində tələbə yataqxanası kimi istifadə edilən 5 mərtəbəli bina hazırda tədris binası kimi istifadə edilir və bu bina «Latın dili korpusu» kimi tanınır.
ATU-nun tələbə yataqxanalarının tikintisinin əsası XX əsrin 30-cu illərində bu ali tibb təhsili müəssisəsinin o zamankı rektorlarından görkəmli dövlət və elm xadimi professor Əziz Əliyev tərəfindən qoyulmuş, sonrakı illərdə bu təşəbbüs davam etdirilmişdir. 1941-1945-ci illərdəki İkinci Dünya müharibəsi zamanı ATU-nun 1 və 2 saylı tələbə yataqxanalarından təhliyə qospitalı kimi istifadə edilib. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha 4 müasir tipli yataqxana binası tikilərək tələbələrin ixtiyarına verilmişdir. Son 10 ildə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yerli və xarici tələbələrin istifadə etdikləri bütün yataqxana binalarında əsaslı təmir işləri aparılıb, binalar ən yeni avadanlıqlarla təchiz edilib, tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb.
1 saylı yataqxana hal-hazırda yenidən əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib və yeni tədris ili ərəfəsində (2013) istifadəyə veriləcəkdir.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı